Məhəmməd peyğəmbər - Bəglik məqamına yüksəlmiş Azəri piridir

          Məhəmməd peyğəmbər haqqında söz demək istəyən hər bir insan bilməlidir ki, peyğəmbərimiz mənbələrdə - Allah nuru verilmiş "Haqq Məhəmməd" adlandırılır və onun "İki dünyanın ağası" olması nəzərə çatdırılır. "Haqq" və "İki dünyanın ağası" rəmzləri qədim Misirdə Asar, yəni Osiris Allahına aid edilən rəmzlərdir. Bu o deməkdir ki, peyğəmbərimiz adi insan yox, Allahla bağlı müqəddəsdir və onun həqiqətlərini anlamaq üçün, qədim müdriklərinin məntiqini, "dilini" bilmək vacibdir. Tövratda bu "dil" ilk insanların ilk "səfa əhəd" dili adlanır ki, bu da "Allahın sufı dili" deməkdir. Deməli, biz qədim yazılara Allahın sufi məntiqi ilə, yəni rəmzlər kimi yanaşıb, açmasını verməliyik.

Sufi məntiqində Məhəmməd və eyni mənalı Mahmud rəmzləri - Maq-Mad və Qam-Adəm deməkdir. Qədim Misirdə Mad və Adəm rəmzləri, firon Amonun göydə yaratdığı kosmik ölçülü Maat və Atum Allahı kimi keçir. Digər tərəfdən, Məhəmməd peyğəmbərin başqa adı olan Əhməd rəmzi də sufi məntiqində Hu-Mad, yəni Maad Allahı mənasını verir. Bu isə o deməkdir ki, Allahın sufi dilində Məhəmməd - qədim Misirin Atum, Maat Allahıdır və bu Allah magiya və qam-şamanlıqla bağlıdır.
Kitabi Dədə Qorqudda Allah mənasında olan Əhəd rəmzi - "Qamu yerdə Əhədsən" kimi qeyd olunur və bu da "Əhədin qamlıq olan yerdə Allah olması" deməkdir. Bu kitabda qamlıq məkanını Qazan xan - "Qom qomlamam qoma yurdum" adlandırır ki, bu da bu yurdun qamlama, yəni şamanlıq vasitəsi ilə göydə yaradılması mənasındadır. Qədim Misirdə bu Qam yurdu - Kem ölkəsi kimi yazılır və Yuxarı Misir mənasını verir. Bu o deməkdir ki, Allah mənasında olan Məhəmməd peyğəmbər - qamlama vasitəsi ilə yaradılmış göydəki Qam yurdunda, yəni Misirdə yaşayır.
Şamanın qamlıq vəziyyəti İslamda "əlqama" adlanır və bu vəziyyətdə sufi Allahdan ilham almağa başlayır. Sufilər ilham deyəndə ürəyə verilən vəhyi nəzərdə tuturlar. Başqa sözlə, vəhy şamanın qamlıq vəziyyəti ilə bağlıdır.  Sufizmdə, qamlıq məqamında Haqqa səyahət Həcc adlanır. Həcc üçün ihram geyən sufi, qamlıq məqamında Allahdan əlqama, yəni ilham almağa başlayır. Səyyahın, ihram vəziyyətinə girdiyi yer mikat adlanır ki, bu da "maq ata" mənasındadır. Bu isə o deməkdir ki, maq - sufi şamanın qamlama vəziyyətindəki halıdır.
İhram geymə, yəni ağ parçaya bürünmə, ruhun o dünyada nura bürünməsinin təqlididir. Qədim Misir mətnlərinə görə, o dünyada ölümsüz ruhlar, yəni Allahlar ağ parçaya bürünüb, ağ səndəl geyinmişlər.
Bütün bunlar onu deməyə əsas verir ki, Məhəmməd və ya Mahmud rəmzi - ekstatik durumda, yəni qamu yerdə olan Maat, Atum Allahı deməkdir. Bu Atum Allahını Misir fironu Amon yaratmışdır ki,  Məhəmməd peyğəmbər də öz peyğəmbərliyini elan etməzdən əvvələ qədər Məhəmməd-ül Əmin adlanırdı. Batini mənada Məhəmməd-ül Əmin rəmzi - "Amonun Məhəmməd Eli", yəni Amonun Maat, Atum dünyası anlamındadır.
Yazdıqlarımızda çıxan nəticə odur ki, Məhəmməd peyğəmbər, qamlıq məqamında göydə Qam dünyası, yəni cənnət yaratmış firon Amonun obrazıdır.
Qədim Misir yazılarında firon Amonun göydə ölümsüzlük qazanmış ruhu - Bexdetdən olan Qor Allahı adlanır ki, buradakı Bexdet rəmzi sufizmin "Bəqa səviyyəsində yaradılmış Duat aləmi" deməkdir. Qor Allahı isə göydə günəş Allahına çevrilmiş və qızılquş kimi yaşayan Amonun ruhudur. Mətnlərə görə, düşmənlərə qalib gələndən, yəni göydə Qeyb aləmini yaradandan sonra Qor Allahı - "Qanadlı disk", "Böyük Allah", "Beldə dayanan" və "Bu Allahın peyğəmbəri" adlandırıldı. Bu o deməkdir ki, yaradılış-qamlama məqamında maq olan firon Amon, yəni Məhəmməd-ül Əmin, yaradılış qurtardıqdan sonra Məhəmməd peyğəmbərə, yəni Qanadlı disk formasında olan Böyük Allaha çevrilmişdir.
Bütün bunlar o deməkdir ki, firon Amon sufizmin tərikə yolunu gedərək Bəqa səviyyəsinə qalxmış və İlahla, yəni ilkin materiya ilə vəhdətə nail olaraq, ondan yaradılmış Qor Allahına çevrilmişdir. Məhz İlahla vəhdət, yəni Vəhdəti-Vücud səviyyəsində maq Amon - Maat, Atum Allahını yaratmış və Haqqa çevrilmişdir. Firon, pir Amonun, sufizmin tərikə yolunu getməsi onun Türk, Bəqa səviyyəsinə çatması isə onun bəg olması deməkdir. Başqa sözlə, Məhəmməd peyğəmbərə çevrilmiş firon Amon - Türk bəgidir. Digər tərəfdən, peyğəmbərimiz mənbələrdə Rəsul adlanır ki, sufi məntiqində bu Asar-El, yəni Osiris, Azər Allahının göydəki dünyası deməkdir.
Qədim Misir yazılarında Osiris - Atum Allahını təşkil edən doqquz yaranışdan biridir və türk mənbələrində bu doqquzluq - "Doqquz Oğuz" kimi məlumdur. Başqa sözlə, Məhəmməd peyğəmbər elə Osiris, Azər Allahının obrazıdır.
Qədim Misir yazılarına görə, axirətdə Osiris Allahı ölür və oğlu Qor onu dirildir. Qor rəmzi Əhdi-Ətiqdə və digər mənbələrdə Aqar kimi yazılır və Həcər mənasında ismaililərin Qacar şahları nəslinə aid edilir ki, qədim Misirdə onlar "Qor yolu ilə gedənlər" adlanırdı. Qor yolu ilə gedən dedikdə, Qor Allahı kimi ruhlar dünyası olan Duatda, yəni cənnətdə ölümsüzlük qazanmaq nəzərdə tutulur. İsmaili fəlsəfəsində Qor rəmzi axirətdə gələcək Ismaili natiqi mənasında - danışan Quran adlanır. Sufi-batinilər Quran dedikdə, Quran kitabını yox, Lövhi-Məhfuzu və ürəyinə elm verilmiş Ismaili natiqini nəzərdə tuturlar. Natiqin İlahi sirləri bilməsi də onun qamlıq və ya bəglik məqamı ilə bağlı olmasıdır.
Axirətdə gələcək Osiris oğlu Qor, yəni Qacar nəslindən olan ismaili natiqi - mənbələrdə "əl-qaim" və "baqiətullah" adlanır ki, bu da "alqama" və "bəg-ayətullah" deməkdir. Deməli, Azər oğlu Qorun səviyyəsi - firon Amon kimi tərikə yolu ilə Bəqa səviyyəsinə yüksəlmiş Türk bəginin, qam-maqının səviyyəsidir.
Qədim Misir yazılarına görə, firon Amon yaradılış zamanı öz ruhunu Şu, yəni Şiə adlandırıb, onun bütün yaradılışda iştirak etdiyini və buna görə də İlahi sirləri bildiyini nəzərə çatdırır. Axirətdə firon Amonun göydə ölümsüzlük qazanmış bu Şu ruhu - insan bədəninə tənasüh edib, yenidən dünyaya gəlir. Bu isə o deməkdir ki, Məhəmməd rəmzi həm əvvəldə gələn Maat, Atum Allaha və həm də axırda gələrək bu yaradılışı təkrarladacaq Şiə natiqinə aiddir.
Bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.

Firudin Gilar Bəg

Комментарии

Популярные сообщения из этого блога

Тайна святого языка Азери

Человека сотворили Хазарские беки - Элохимы

Кто такой Бог? - простыми словами