Sünnət mərasiminin batini mənası

    Müsəlman və yəhudilərdə oğlan uşaqlarının      sünnət olunmasının mahiyyəti bu günə qədər sirr olaraq qalır. İlk dəfə olaraq biz bu sirri açıb sünnətin nə məna kəsb etməsinə elmi izah verəcəyik.

Qurana görə müsəlman olmaq, insan öləndən sonra ruhunun cənnətə düşməsi üçün Rəhman Allahın qoyduğu qayda-qanuna tabe olmaq mənasındadır. Qədim Misir mənbələrində cənnətin, yəni Nut göyündəki Qeb aləminin yerləşdiyi məkan ümumilikdə Atum Allahı adlanır. Tövrat bu Allahı, rəmzi mənada "yeddi günə" yaradılmış "dünya" kimi təqdim edir. Ra-Amon, yəni Rəhman Allahın göydə yaratdığı bu "dünya" kamil bir sistemdir ki, Quran bu sistemi Sünnətullah adlandırır. Deməli, Sünnətullah - Ra-Amon Allahının yaratdığı kosmik Atum dünyasıdır ki, qədim Misir yazılarına görə o özündə iki dünyanı, yəni yerdəki fiziki və göydəki ruhlar dünyasını birləşdirir. Qədim Misirdə bu sistem Neter, Ruten, türklərdə isə Tanrı adlanır. Başqa sözlə, Sünnətullah dedikdə kosmik Tanrı və onun daxilindəki cənnətə düşməyin qayda-qanunu başa düşülməlidir.
İlk müsəlman olan İbrahim peyğəmbər övladlarına - "İslam dininə tabe olub, müsəlman olaraq ölün" dedikdə məhz Tanrının qayda-qanunlarını nəzərdə tutur.
Quranda bu qayda-qanuna tabeçilik Allahla bağlanan əhd adlanır. Bu əhd göyə qaldırılmış Tur dağı ilə, yəni cənnətlə əlaqələndirilir və cənnətin qapısının məhz bu dağda olması qeyd olunur. Tövratda görə Allahın insanla bağladığı müqavilə, əhd - Ararat, yəni Ağrı dağında baş vermişdir. Allah burada İbrahim peyğəmbərə demişdir ki, Mənim təkliyimi qəbul et və Mən səni başqa torpağa aparacağam və səndən böyük xalq yaradacağam. Mənimlə müqaviləni qəbul etdiyinin razılığı kimi özünü və evindəki qullara qədər hamını sünnət et! O vaxtdan bütün yəhudilər, doğulan uşağın səkkizinci günü onu sünnət edirlər və bununla da Allahın göydəki dünyasının varlığını qəbul edib, Allahla müqaviləyə qoşulurlar. Lakin bu razılaşma göylərlə, onu təşkil edən ilkin materiya, yəni İlahla bağlı bir fəlsəfədir. Bu fəlsəfə çətin anlaşılan olsa da sonda insanlar bunu bilməlidirlər. Mən də üzrxahlıqla bu mövzu haqda məlumat verirəm.
Firon Amon, sufizmin bəqa səviyyəsində ilkin materiya ilə vəhdətə nail olduqdan sonra, ruhun göydəki cənnətə qalxması üçün xüsusi rituallar keçirdi. Ölüm ayağında olan insanın, ruhunun bədəndən çıxma anını pir Əman - ekstatik durum, vəcdə gəlmə vəziyyəti adlandırıb, onu həm şamanın qamlıq vəziyyəti ilə və həm də ereksiya, orqazm ilə əlaqələndirdi. O, yeni insanın yaranmasına səbəb olan spermanın, bətndəki uşağın bədəninə daxil olan ruhla eyniliyini maqiya və ritualla ilkin materiyaya "sübut etdi". Məhz bu müqavilədən sonra İbrahim evinin sakinləri öləndə, onların ruhu - göyə, göydəki Atum dünyasının bətninə atılmış sperma kimi qəbul olunmağa başladı. Göylərin "bətninə" düşən ruh metamorfozaya uğrayıb yeni forma alaraq, cənnətdə ikinci həyat qazandı.
Buna görə qədimdə baş daşları kişi cinsiyyət orqanı formasında düzəldilirdi ki, ölənin ruhu, qomeopatik maqiyanın "bənzər bənzər yaradar" qanununa uyğun göydə ikinci həyat qazana bilsin. Qeyd etmək lazımdır ki, türbələrin, günbəzlərin də forması məhz bu mənadadır. Qədim rəsmlərdəki uçan fallos da göydə ikinci həyat qazanmış ruhun rəmzidir. İkinci həyat isə qədimdə ölümsüzlük mənasında qəbul edilirdi ki, ilk belə ölümsüzlər 5500 il bundan əvvəl göylərə ucalmış pirlərin ruhlarıdır və onlar indi də o dünyada yaşayırlar. Əflatun buna görə pirlər nəslinin nigahını İlahi iş adlandıraraq bildirir ki, bu -"ölümsüz başlanğıcın, ölümlü varlıqda əmələ gəlməsidir".
Deməli, sünnət - insanı yaratdıqdan sonra Allahın onunla Ağrı dağında bağladığı müqavilənin razılığıdır. Sünnət olunmuş mömin öləndə, onun ruhu göydəki Sünnətullaha, yəni Atum Allahına, Tanrıya qalxır və buradakı Qeyb aləmində ikinci həyatını yaşayır. Batıni mənada sünnət rəmzi Sin-Nut kimi açılır ki, bu da "Sina dağının Nut göyləri" anlamında, ruhun son məqsədinin məhz bura olması deməkdir.
Yəhudi dilində sünnət "berit mila" adlanır ki, batıni mənada berit sözünün kökü olan BR rəmzi - ölümsüzlük qazanmış pirin ruhu, mila isə aləmi, yəni eli, vilayəti bildirir. Deməli, berit mila, yəni sünnət - müsəlmanın ruhunun göydəki cənnətə düşməsi üçün Allahla müqaviləyə qoşulması və Allahın cənnətində ikinci həyat qazanması
mənasındadır.

                              Firudin Gilar Bəg
15.07.2022

Комментарии

Популярные сообщения из этого блога

Тайна святого языка Азери

Человека сотворили Хазарские беки - Элохимы

Кто такой Бог? - простыми словами