Aşura şəbihini ifrat Azəri şiələri yaradıblar

 

     Qurana görə ilk şiə və ilk müsəlman, yəhudilərin əcdadı Azər oğlu İbrahim peyğəmbər olmuşdur. Tövrata görə,  İbrahim peyğəmbərin oğlu İsmailin 12 oğlu olur ki, batini məntiqdə bu 12 imam mənasındadır.

"Aşuri kitabı" adlanan Tövrata görə ismaililər Midiyanın Gilead elində yaşamışlar və bizlərə onlar ifrat Gelat şiələri kimi məlumdur. Gelatda “İmamiyə İsna Aşəriyə” mənasında olan İsmail'in on iki oğlu -  Quranda Allah'a aid edilərək "Allahu İsna Aşera" adlanır.
Aşera, Aşura, Aşəriyə rəmzləri dünyanın ilk vahid dili olan sufizmdə Azər, yəni qədim Misirin Asar, Osiris Allahı deməkdir və mətnlərdə onlar - "Asarın On iki Böyük Allahları” kimi qeyd olunur. Bu isə o deməkdir ki, Azər oğlu İbrahim peyğəmbərin nəsli qədim Misir Allahlarının nəslidir və bu nəsil bilavasitə Azərbaycan ərazisində mövcud olmuş Midiyanın Gelat elindən başlanır. Əhdi-Ətiqdə Allah ifrat şiələrin Gelat elini - "Mənim Gelatım" adlandırır ki, bu da Misirin Asar Allahlarının elinin elə Tək Allahın eli olması deməkdir.
Qədim Misirdə Şiə rəmzi Şu kimi qeyd olunurdu və Amon Allahın cənnəti saxlayan ruhunu bildirirdi. Deməli, ilk şiə olan İbrahim peyğəmbər Amon Allahın ruhu mənasındadır və bu İlahi ruh İsmail'in on iki oğlunda təzahür etmişdir.
Qədim Misir, Şumer yazılarında Azər Allahı - Enki oğlu Asar, yəni Ənkə oğlu Azər kimi qeyd olunur və rəvayətlərə görə Allah, dünyaya hakim kimi əvvəlcə onu, sonra isə adi insanları yaratmışdı. Misir mənbələrində "odlu göldən gəlmiş od oğlu od" adlandırılan Azər-Osiris Allahı İran mənbələrində Azər farbaq, Azər farnbaq kimi yazılır. Farnbaq, farbaq rəmzləri batini mənada firon-bəg, pir-bəg anlamındadır və bu da İlahi Azər odunu daşıyanların pir-bəglər olması deməkdir. Qədim Misir yazılarında da firon sözü pir kimi yazılır və bu da firon-bəglərin elə Azəri pirləri olması anlamındadır.
İran mənbələrində firon və eyni mənalı farna rəmzi - var-dövlət, hakimiyyət və qüdrət gətirən İlahi mahiyyətdir ki, bizlərə bu cövhər - əvvəli, sonu olmayan, doğmayan və doğulmayan İlah kimi tanışdır. Məhz bu İlahi odla vəhdətin hesabına Misir fironları təbiətə aktiv təsir edib, onu dəyişir, söz və fikirlə canlılara həyat və ya ölüm verə bilirdilər. Qədim Misirdə bu İlahi mahiyyət - həyat enerjisi mənasında Anx adlanırdı və bu da elə Enki deməkdir. Başqa sözlə, Enki oğlu Asar dedikdə İlahdan yaradılmış Azər Allahı nəzərdə tutulmalıdır ki, bunu da qədim Misir fironu Amon Gel şəhərində, yəni Gelatda yaratmışdı. Gel şəhərində yaradılmış Allah kosmik ölçülü və bütün yer kürəsini əhatə edən Atum Allahı adlanırdı və Asar Allahı onun İlahi mahiyyətini bildirirdi. Lakin Asar adı ən uca ad hesab edildiyi üçün bu tək kosmik Allah Asar kimi dillərə düşdü.
İran mənbələrində Asar Allahının İlahi odu ilə vəhdətdə olan pirlər - atəşbəglər adlanırdı və mətnlərə görə onlar İlahi odu "özü ilə gəzdirirdilər".
Gelat ismaililəri mənbələrdə amoreylər kimi də keçir ki, qədim Misirdə onlar amorey-suti, yəni miri-seyid mənasını verir. Bu gün də Türk bəglərinin, seyid-şıxlarının ad-soyadlarının qarşısında "mir" rəmzi qeyd olunur və bu da onların amorey-marlar nəsli olması anlamındadır.
Buradan isə belə nəticə çıxarmaq olar ki, Azər oğlu İbrahim peyğəmbərin nəsli - bu gün bizim pir, bəg, seyid, şıx və s. adlandırdığımız Gelat müqəddəslərinin nəslidir. Onların "özləri ilə gəzdirdikləri" İlahi od isə bizlərə - "cədd" adlandırdıqları İlahi qüvvələri kimi tanışdır.
Qədim Misir rəvayətinə görə, ilk yaradılmış Asar Allahı axirətdə qardaşı tərəfindən öldürülür və oğlu Qor gəlib onu yenidən dirildir. Qor rəmzi Tövratda Aqar kimi keçir və İsmail'in anası Həcər mənasında Qacar şahlar nəslini bildirir. Qor yolu ilə gedənlərdən yalnız Cəlairilərin Xəllədə, yəni Gelat eli mənbələrdə "Mülkə-Hu" adlanır ki, bu da Allah mülkünün sahiblərinin, qədim Alban Ərənşahları nəsli olan Gelarküni bəgləri olması deməkdir. Başqa sözlə, axirətdə bu nəsildən bir nəfər ölmüş Asar Allahını dirildəcək. Osirisin ölüb-dirilməsi hadisəsinin səhnələşdirilmiş ayini qədim Misirdən, Şumerdən başlayaraq bütün dünyaya yayılmışdı. Mənbələrdə səhnələşdirilmiş bu ayinlər - Dionis, Attis, Kibela, Adonis, İsa və s. Allahların ölüb-dirilməsi kimi qeyd olunurdu və Gilar bayramı adlanırdı.
Bütün bu şəbihləri, Asar, Osiris Allahının yaradıldığı qədim Misirin Gel elinin kahinləri səhnələşdirmişdilər və mənbələrdə onlar misteriyalar yaradan din ustaları adlanırdılar. Din ustalarının bu Gel eli də elə ifrat ismaili şiələrinin Gelat elidir və onlar, ən qədim İsna-Aşəriyə dinini avam xalq üçün sadələşdirib, yeni İslam dinini yaratdılar.
Bu yeni dində Asar Allahı - Sarallah kimi rəmzləndirilib, "Allahın qanı" mənasında imam Hüseynə aid edildi. Bu isə o deməkdir ki, imam Hüseynin obrazı elə axirətdə ölmüş kosmik Azər Allahın obrazıdır və şiələr faktiki Allah üçün ağı deyib, zəncir vururlar.
Bu gün bütün dünyada haqq-ədalətin itməsi, təbiətin pozulması, Allahın insanlara köməyə gəlməməsi və seyid-bəglərin İlahi qüdrətlərinin itməsinin də səbəbi Azər Allahının, yəni Hüseynin ölməsidir. Lakin Əzəl yazıya görə bir gün Azər Allahı diriləcək və dünyada haqq-ədalət bərpa olunacaq.

Firudin Gilar Bəg

Комментарии

Популярные сообщения из этого блога

Тайна святого языка Азери

Человека сотворили Хазарские беки - Элохимы

Кто такой Бог? - простыми словами