Aşuranın batini mənası

 Bildiyimiz kimi, müqəddəs kitabların birbaşa, yəni zahiri mənasından başqa, daha dərin batini mənaları da var. Peyğəmbərimiz Quranın 7 qat dərin batini mənası olmasını bildirmişdir. Peyğəmbərin silahdaşlarından olan Abdulla ibn Abbas bir dəfə insanlar arasında demişdi: “Əgər mən Quranın bir ayəsinin peyğəmbərdən eşitdiyim izahını söyləsəm, siz məni daş-qalaq edərsiniz”. Bu o deməkdir ki, Quranın batini mənasını yalnız hazırlıqlı adamlara söyləmək ola

Ən qədim mənbələrdə batin elminin adi insanlara çatdırılması qadağan edilmişdi. Assur-Babil ədəbiyyatında bununla bağlı mətndə tez-tez bu ifadə təkrarlanırdı: "Yalnız arifi sən bununla tanış edə bilərsən, arif olmayanlar bunları bilməməlidir!". Buna görə Əhdi-Ətiqin adi insanlara oxumağa belə verilməsi günah sayılırdı. XVI əsrdə yaşamış Varmiya yepiskopu, kardinal Qozi bu haqda demişdir: "Əhdi-Ətiqi xalqa oxumağa vermək – müqəddəs şeyi itə vermək, mirvarini donuzun qabağına atmaq deməkdir". Qədim müdriklər hesab edirdilər ki, adi insanların ağlı İlahi sirləri dərk etmək qabiliyyətndə deyildir. Ona görə də demək olar ki bütün qədim fəlsəfələrdə adi insanlar "heyvani insan", qədim hind yazısı olan Mahabharatada isə - 7 ev heyvanından biri sayılırdı. Bu gün artıq müasir insanların əksəriyyətinin oxumuş, savadlı olduğu üçün təbii ki, İlahi sirləri dərk etmək qabiliyyətindədirlər

Bildiyimiz kimi imam Hüseynin ləqəbi "Allahın qanı" mənasını verən Sarallahdır

Zahiri mənada imam Hüseynin ölümü adi bir insanın ölümüdürsə, batini mənada bu ölüm Allahın qanının tökülməsi ilə bağlıdır və bu Allah da təbii ki, Sar, yəni Asar Allahdır. Asar Allah qədim Misirin Osiris Allahıdır və onu firon Amon minlərlə qurban ruhlarından və İlahdan yaratmışdır. Məhz bu kosmik ölçülü İlahi varlığı yaratdıqdan sonra firon Amon insanı yaratmış, ona ağıl vermiş, onun üçün göydə cənnət var etmişdir. Qəzali, Mühiddin ibn Ərəbi kimi sufi dahiləri bu kosmik ölçülü İlahi varlığı Məhəmməd peyğəmbər hesab edirlər. Onlara görə peyğəmbərmiz Allahın obrazı ilə yaradılmış kosmik gücdür və kainatın qayda-qanunun qorunması ondan asılıdır. Sufilər bu kosmik insanı eyni zamanda Adəm adlandırıb, onun Haqq, yəni Allah olmasını nəzərə çatdırırlar. Qədim Şumerdə bu nəhəng göy insanı Luqal, yəni İlahi-El adlandırılır. İslam isə bu insanı - Allah, yəni El-İlah kimi qəbul edir. Bu o deməkdir ki, biz Böyük Allah, yəni Allahu-Əkbər deyəndə, firon Amonun göydə yaratdığı kosmik ölçülü Asar Allahı, yəni Sarallahı çağırırıq. Asar Allahın yaranması ilə göydə, insanların ikinci həyat qazanması üçün cənnət var olmuşdur

Bütün bunlar o deməkdir ki, Sarallah, yəni Asar Allah - insaniyyətlə bağlı bütün yaradılışın kökündə duran kosmik ölçülü İlahi insandır. Sufilər onu Kamil İnsan da adlandırırlar.

Qədim Misir rəvayətinə görə, ilk yaradılmış Asar Allahı axirətdə qardaşı tərəfindən öldürülür və oğlu Qor gəlib onu yenidən dirildir. Bu gün bütün dünyada haqq-ədalətin itməsi, təbiətin pozulması, Allahın insanlara köməyə gəlməməsi o deməkdir ki, bu gün Asar, yəni Azər Allahı işıqda parçalanmış və yox olmuşdur. Bu yoxolma, insanı heyvan səhiyyəndən çıxararaq, onu düşünən insana çevirib, bu dünyada xoşbəxt həyat bəxş etmiş, öləndən sonra da onun ruhuna cənnətdə ikinci həyat vermiş Allahın yox olmasıdır. Faktiki Asar Allah - dünyada ən böyük və ağlasığmaz xeyirli iş görmüş ən ləyaqətli, ən comərd Allahdır ki, onunla alicənablıqda heç kim müqayisəyə gələ bilməz. Quranda, Allahın insanlara etdiyi yaxşılıqların tamamı, Onun göndərdiyi Mehdi obrazında olan Musa peyğəmbərlə bağlanır. Axirətdə gələn bu obraz qədim Misirin Qor Allahının obrazıdır ki, o axirətdə gələrək ölmüş atası Asar Allahı dirildıcək

On rəqəmini bildirən Aşura rəmzi batini mənada Asar, Azər rəmzi ilə eyni mənalıdır

Buradakı onluq - Asar Allahın tamamlığını, onun yenidən təkrarını bildirir ki, bu da Asar Allahın axirətdən sonra yenidən təkrarən yaranacağı deməkdir. Bu onluq mistik kabbala təlimində ilkin materiyanın, yəni İlahın müəyyən bir formaya axıdılmasını bildirir ki, bu da elə İlahdan Asar Allahının yaradılması deməkdir. Onluq həm də qədim müdriklərin on yaradıcı sözünü bildirir və məhz bu sözlər vasitəsilə göydə Allah yaradılmışdı

Bütün bunlar o deməkdir ki, batini mənada Aşura - qədim Misir fironu Amonun göydə yaratdığı kosmik Asar, yəni Azər-Osiris Allahının yaradılışını, ölümünü və axirətdən sonra yenidən dirilışinin mərasimidir.

Bu gün insanların Aşurada imam Hüseyn üçün əzadarlıq etməsi, mərasimin adi insan üçün yox, insanı yaratmış və ona xoşbəxt həyat vermiş Asar Allah, yəni Sarallah üçün etməsi mənasındadır


    Firudin Gilar B

əg. ... ...r.din Gilar Bəg

Комментарии

Популярные сообщения из этого блога

Тайна святого языка Азери

Человека сотворили Хазарские беки - Элохимы

Кто такой Бог? - простыми словами