Baki - Allahın əsas adlarından biridir
İslamda Allahın 99 şərəfli adlarından biri də Bakidir və bu söz əbədi, qalıcı, ölümsüz mənasında qəbul edilmişdir. Qədim mənbələrdə geniş yayılmış bu rəmz Misir mətnlərində Baki/Baxu/Biqqe, İranda Baqa, ruslarda Boq, yəhudilərdə İeqova/Yaxve/Yaqub, Hind fəlsəfəsində Baqa/Bxa/Vibxu və s. variantlarda yazılsa da, qədim müdriklərin batini məntiqində - Allah mənasını verir. İlk insan-xudaların vahid sufi (səfa) dilində Baki rəmzi - tərikə (türklük) yolunu gedib, bəqa fazasına yüksəlmiş və İlahla vəhdətə nail olmuş bəg deməkdir (məqalə "Тайна святого языка Азери", sayt: https://firudin.blogspot.com/2020/08/blog-post_34.html). Sufilər bu səviyyəni Baki-Billah da adlandırırlar ki, bu da ilk sufi pirinin, yəni qədim Misir fironu Amonun (Əman) Ba ruhunun İlahla (Hu) vəhdətə nail olması (Ba+Hu/Bahu/Baxu/Bəg), yəni "Vəhdəti Vücud" anlamındadır. Xristianlarda bu vəhdət - "İttihad əl-ləhut bi-n-nasut" kimi məlumdur. Sufi mənbələrində bu vəhdət - "Vəhdətin Günəşi" kimi də qeyd olunur və onlara görə bu (Ra) "Günəş Allahı" ilk dəfə Azərbaycanda görünmüşdür. Başqa sözlə, Baki rəmzi qədim Misirdə - İlahdan Ra günəş diski (şar) yaradaraq, sonradan onunla birləşən pir Amonun (Ra-Amon) Ba ruhu deməkdir. Bu haqda mən kitab və məqalələrimdə çox yazmışam (məqalə "Расшифровка Торы с помощью "язык птиц". С кем боролся Иаков?", sayt:
http://gilarbey.blogspot.com/2017/03/blog-post.html).
Sufi məntiqində İlah, yəni Hu ilkin materiyası gözə görünmədiyi üçün "H" rəmzi bəzən yazılmır. Yəni Ba-Hu (bəg) rəmzi sadəcə Ba kimi qeyd olunur. Bu məntiqə görə qədim mənbələrdə Gel/Hel rəmzi bəzən El, Xaldi/Haldi - Aldi, Xəzər/Hazar - Azər və s. kimi də yazılır. Bu isə o deməkdir ki, Billah (Vallah), yəni Ba-Allahı elə Bəg-Allah mənasındadır. Eyni mənalı baqiətullah, yəni bəg-ayətullah rəmzi - "Allahın sübutu olan bəg" fikrini ifadə edir. Bu sübut - ilk xudalar nəslindən olub, onların vahid sufi dilini bilməkdir. Qədim Misirdə bu xudalar (kuti/quti) nəsli Qor (Xor) Allahının yolu ilə gedənlər (Şəmsi Qor) adlanırdı. Mətnlərində bu Qor/Xor Allahı - "Baki Xoru", "Bakinin ağası Xor", "Baki ölkəsinin hakimi olan Xor",
"Bexdetli Xor" və s. kimi də qeyd olunur. Bexdet rəmzi sufi məntiqində Bəg-Duat, yəni ismaililərin də ölüm şahlığı adlandırdığı Duat cənnətinin, bəqa fazasında yaradılması anlamındadır. Başqa sözlə, "Baki Xoru"- bəglik məqamında yaradılmış və ya onunla bağlı olan Xor/Qor Allahı deməkdir. Yunan mətnlərində "Baki Xoru" rəmzi - Bekxoris kimi qeyd olunur ki, o Pompey yazılarında Allahın, müdrikliyi ilə seçilən oğlu adlanır və Allah öz şahlığını ona verir ("Batini-Quran" kitabı, ("B-Q" kitabı), sayt: https://firudin.blogspot.com/2020/08/batinilik-haqda.html?m=1). Sufi məntiqində bu o deməkdir ki, Baki və onun Xor Allahı, axirətdə gəlməli olan və ölmüş Osiris (Asar/Azər) Allahını dirildəcək Tanrının obrazıdır.
Digər tərəfdən, Bekxoris adındakı xoris rəmzi bizlərə xris, xristos kimi məlumdur ki, bu rəmz altında xristianlar həm də axirətdə gəlməli olan Allahı - İsa Məsihi nəzərdə tuturlar. İncildə İsa da ölmüş Lazarı, yəni El-Azarı (Azər Allahını/Elini) dirildir. Başqa sözlə, Baki və onun Xor/Qor Allahı həm də axirətdə ölmüş Azər/Osiris Allahını dirildəcək Məsihin obrazıdır.
Qədim Misirdə Qor (Xor) Allahı - şahin cildində olan qanadlı günəş Allah kimi təsvir edilir. Qor Allahının yerdəki təcəssümü isə Qor fironlarının Patu nəsli sayılırdı və bu Qor yolu ilə gedənlər İri-Patu (Ra-Pta) adlanırdı. Özünün ilk Qor fironlarının nəslindən olmasını sübut edən hər bir insan ən yüksək vəzifələr tuturdu (məqalə "Assuriya qədim Azərbaycan ölkəsidir", sayt: https://gilarbeg.wordpress.com/2021/06/14/assuriya-qədim-azərbaycan-olkəsidir/). Sufi məntiqində İri-Patu rəmzi Ər-Yafət mənasını verir və bu o deməkdir ki, Baki Xoru və onun Ər-Yafət nəsli, mənbələrdə Yafət-Ərən adlanan Alban Ərənşahları nəslidir.
Misir mətnlərdə Baki və eyni mənalı Baxu, Biqqe rəmzləri müəyyən şəhərə, onun yerləşdiyi dağa və bu dağın altındakı mağaraya aid edilir. Mətnlərə görə Allah Baxu (Biqqe) dağından qalxır və bu dağın altında mağara gizlənir ki, burada Osiris (Asar/Azər) Allahının sağ ayağı saxlanılır və buradan iki böyük çay öz mənbəyini götürür (bax, "B-Q" kitabı). Bu isə o deməkdir ki, Baki rəmzi həm də günəş Allahı Ra-nın (Ra-Əman - Rəhman) ərşə yüksəldiyi məkanla bağlıdır və bu məkan mətnlərdə Biqqe adlanır. Quranda Biqqe rəmzi Bəkkə kimi qeyd olunur və insanlar üçün yaradılan, bütün insanlığa yol göstərən ilk Kəbə evi mənasındadır (Quran, 3:96). Kəbə rəmzi qədim Misir mətnlərində, göydə yaradılmış Qeb (Qeyb) torpağı kimi məlumdur və bu rəmz də sufizmdə bəqa/bəg rəmzi ilə eyni mənalıdır.
Bütün bunlar o deməkdir ki, ən qədim mənbələrdəki Baki rəmzi - Azərbaycan ərazisindəki Baxu (Bəg) dağından ərşə yüksəlmiş Ra-Amon (Rəhman) Allaha və axirətdə Onun yerinə keçəcək Qor/Xor Allahına aid rəmzdir.
Qor (Xor) fironları nəsli İslamda - Quranın batini mənalarını bilən karilər (kurra) kimi məlumdur. Tövratda "aqarlılar" kimi keçən Qor-Kari nəsli, ərəb mənbələrində Həcər, Qacar nəsli kimi qeyd olunur və onlar ifrat Gelat ismaili şiələri hesab edilirlər. Bu isə onu deməyə əsas verir ki, onlar baqiətullah və "danışan Quran" adlandırılan ismaili batiniləridir. Mənbələrdə məhz bu Gelat ismaililəri - Allahın batini sirlərini, yəni hikmət və marifətullahı bilən natiqlər adlanırlar.
Quranda Baki, bəg rəmzi - Yebka (Yabqu), yəni "Ya-Bəg", Rəbbikə - "Rəbbə çevrilmiş bəg", Vaqiə və s. çox dərin batini mənalı rəmzlər kimi qeyd olunur. Yalnız samitlərlə yazılmış Tövrat kitabında bəg rəmzi beqar, yəni bəg-ər, bekuxotay (Bxaqavad Qitada bxakti), yəni bəg-xuda, toxu-vaxu, yəni xuda-bəg və s. formalarda nəzərə çatdırılır (məqalə "Значение тайной имени еврейского Бога – YHWH", sayt: https://firudin.blogspot.com/2023/08/yhwh.html?m=1).
Sufi məntiqində beqar, yəni bəg-ər rəmzi, qeyd etdiyim kimi, tərikənin bəqa fazasında Ra günəş diski ilə birləşmiş ruh deməkdir. Bu rəmz mətnlərdə bear, bara, ibri və s. kimi də keçir və s. müxtəlif dərin mənalar verir. Tövratın ilk "Bereşit bara Eloxim" sözündə bara rəmzi "yaratmaq" mənasında - "Əvvəlcə İlahi-ümmət (göyü-yeri) yaratdı" kimi qeyd olunur (məqalə "Библейский Сиф сын Адама является образом Мессии", sayt:
https://firudin.blogspot.com/2021/04/blog-post_23.html). Burada yaradan bara - "Ra diski ilə birləşmiş Əmanın Ba" ruhudur. O yaradılışı bəqa fazasında, İlahdan (Hu) əvvəlcə formalaşdırdığı Ra diski vasitəsi ilə var edir. Hu ilkin materiyası özlüyündə insana tabe olmayan cövhərdir. Pir Əman əvvəlcə bu ilkin materiyanı, maqik rituallarla qurban ruhları ilə qarışdırır (Omm rəmzi). Başqa sözlə, yaradılış - maqın qamlıq məqamında (Hu-Omm/Ham/Qam/Maq), İlahla qurban ruhlarının qarışığından əmələ gəlmişdir ki, bu qarışıq haqda mən yazılarımda izah vermişəm (məqalə "Значение звезды Давида на “языке птиц” царя Соломона", sayt: https://firudin.blogspot.com/2023/07/blog-post_10.html?m=1). Deməli, sufi piri (fironu) Amonun və onun İlahi ümmətinin (Eloxim - İlahümmə) göydə yaratdığı cənnət - magik rituallarla, bəglik məqamında var olmuşdur.
Digər tərəfdən, bara rəmzi sufi məntiqində Rəb, yəni "Allah" sözü ilə eyni mənalıdır. Bu isə o deməkdir ki, İslamın Rəb/Rəbb rəmzləri də elə yaradan - "Ba ruhlu Əman" və ya onun İlahi ümməti mənasındadır. Qurandakı Rəbbikə (Rəb-Bəg) rəmzi bu mənada "yaradan bəg" deməkdir.
Quranın (55:27) Rəhman, yəni Ra-Əman surəsində deyilir: "Ve yebka vechu rabbike zul celali vel ikram" və hərfi mənada bu ayə belə tərcümə edilmişdir: "Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir". Birinci qat batini mənada bu ayə: "Bəg-Rəbbə çevrilmiş və İlahla vəhdətə nail olmuş bəg - Allah və onun Kərəm vəlisidir" mənasını verir. Sadə dildə bu təvil: "Allah və onun axirətdə gələcək Qor/Kari ümmətindən olan vəlisi - tərikənin bəqa fazasında İlahla vəhdətə nail olmuş və Bəg-Rəbbə çevrilmiş bəgdir" deməkdir. Bu fikri daha sadə dildə belə deyə bilərik: "Əvvəldə gəlmiş Allah və onun axirətdə gələcək Qor nəslindən olan elçisi - Allaha çevrilmiş bəgdir". Bu fikir Bəsmələ ilə eyni mənalıdır. İmam Əli Bəsmələ haqda demişdir: "Quran Fatihədən, Fatihə Bəsmələdən, Bəsmələ isə Ba hərfindən ibarətdir. Mən isə Ba hərfinin altında bir nöqtəyəm". Bismillah (Ba-İsmi-Allah) rəmzi – “Ba Allahının İsmi” deməkdir ki, İslamda Ba Allahı - Billah, Vallah kimi də qeyd olunur və qədim Misirdəki "Amon Allahın Ba ruhu" mənasındadır. Qurandakı “Amenu Billahi” rəmzinin batini mənası da, Allahın Ba ruhunun Amenu-ya, yəni qədim Misirin Amon Allahına aid olması deməkdir (Quran, 49:15). Mən bunlar haqda, “Qurana görə axirətdə Allah gələcək” adlı məqaləmdə geniş yazmışam (sayt: http://gilarbek.blogspot.com/2014/01/qurana-gor-axirtd-allah-glck.html). Bu o deməkdir ki, “Bismillahu Rəhmani Rəhim” dedikdə - “Ba Allahının ruhunu daşıyan Rəhman və Rəhimdir” fikri başa düşülməlidir. Burada Rəhman – Əvvəldə gələn qədim Misirin Ra-Amon Günəş Allahı, Rəhim (Ra-qam/Qamər) isə axırda Onun yerinə keçəcək Ay Allahı mənasında olan Mehdinin rəmzidir.
Bu yazdıqlarımdan çıxan nəticə odur ki, İslamda Rəb dedikdə Rəbbikə, yəni Rəbbə çevrilmiş bəg nəzərdə tutulmalıdır.
Quranın Alak (batini mənada İlah) surəsində, "rabbike vel ikram" rəmzi, yəni batini mənada "axirətdə gələcək Qor/Kari ümmətindən olan Rəb-bəg" ifadəsi, Rəbbin adı ilə oxuyan peyğəmbərimizə aid edilir. Burada "İkra bi-ismi Rəbbikə"" rəmzi də batini mənada ikra, yəni Qor/Karinin - "Ba ruhu daşıyan Rəb-bəg" olması deməkdir. Rəb-bəgin adı ilə oxuyan - Qor nəslinin, yəni Ismaili Qacar şahları nəslinin nümayəndəsidir ki, məhz bu nəsil Tövratda vahid sufi dili verilmiş ilk insan-xudalar adlanır. Onlar vahid "səfa əhət" dili ilə yazılmış bütün müqəddəs yazıları, Allah adlarının batini mənalarının açması ilə oxuyurlar. Batini mənada Quran, yəni Qərəə rəmzi də Qor deməkdir. Sufilərə görə əsl Quran - Lövhi-Məhfuzda olan və ürəyinə elm verilmiş, yəni ilk insan-xudaların vahid səfa "dili" verilmiş seçilmiş insanlardır. Bu natiqlər mənbələrdə kutub, kutb (qütb) adlanırlar ki, sufi məntiqində bu "kitab" rəmzi ilə eyni mənalıdır. Batini mənada kitab/kutub rəmzləri kuti-Ba - "Ba ruhlu kuti", yəni İlahi "Ba ruhunu daşıyan Xuda" deməkdir. Başqa sözlə, Quranda "kitab" dedikdə əsasən Qor nəslindən olan kutblar (xudalar), yəni ürəyinə elm verilmiş və "danışan Quran" adlanan Ismaili natiqləri, baqiətullahlar nəzərdə tutulur.
Qurana (27:76) görə bu kitab İsrail oğullarına, onların ixtilafda olduqları sualların əksəriyyətini anladıb, izah edir. Həqiqətdə isə indiki Quran heç bir suala izah verməyən sirli rəmzlərdir. İnsanların ixtilafda olduqları suallara izah verən, İlahi hikməti, marifətullahı anladan Quran isə, sufilərə görə axirətdə gələcək və batini sirləri açacaq "danışan Quran"dır. Məhz o Allahın adı ilə oxuyub, İlahi sirlərə aydınlıq gətirəcək.
Tövratda "ikra bi-ismi", yəni batini mənada "Ba ruhlu (adlı) Qor" mənasını verən rəmz Vaikra kimi qeyd olunur və hərfi mənada "Və (Allah) çağırdı" fikrini ifadə edir. Buradakı ikra rəmzi də oxumaq, elan etmək, adlandırmaq və s. mənalarını verir. Vaikra rəmzi Tövratın üçüncü kitabının adıdır və bu rəmz batini mənada, kitabın 25-ci bölümünün adı olan Beqar rəmzi ilə eyni mənalıdır. Beqar rəmzi isə Quranın Bəqərə surəsinin adı kimi, batini mənada həm də Bəg-ər (Bəg-Ra) kimi oxunur.
Bütün bunlar o deməkdir ki, Tövratın, Quranın və bütün müqəddəs yazıların batini mənalarında Baki rəmzi Allahın əsas adı kim qeyd olunur. Bakı şəhərimizin adı da ona görə belə adlanıb ki, onun altında İlahi odun, yəni ilkin materiyanın rəmzi olan neft vardır. Qədim Misir mənbələrinə görə, Allahın ərşə yüksəldiyi Baxu (Baki) dağının altındakı mağarada İlahi od qorunur. Bu mağara mənbələrdə Sokaris (Arsak), Qades (Kadus/Qüds), Aid, Qarni (Gelarküni) və s. də adlanır. Sufi məntiqində bu mağara Cəbərut aləmi, mağaranın yerləşdiyi ərazi (Allahın) Mülk aləmi, Mülkün göyləri isə Mələküt aləmi adlanır. Bu üç aləm mənbələrdə İqlim Aran kimi də qeyd olunur.
Yazılanlara görə, İlahi Azər odu Ərdəbildən 45 km. məsafədə gizlədilmiş Əhd sandığında qorunur. Bu məsafə Azərbaycanın qədim Gilarau mahalının (Yardımlı rayonu ərazisində) Pərdi-Gilar yaşayış məskəninə uyğun gəlir. Qədim Misir mənbələrinə görə, məhz bu Gel elində Allah kosmik Osiris/Atum Allahını yaratmış və bütün Misir mətnlərini də bu Gel elinin kahinləri yazmışlar. Sufi məntiqində Gel rəmzi İlah rəmzi ilə eyni mənalıdır və bu o deməkdir ki, yəhudilərin Eloxim adlandırdığı ilk İlahi ümmət də bu elin bəgləri olmuşlar. Tövratda Eloxim adlanan xudalar eyni zamanda İeqova/Yaxve kimi qeyd olunur ki, bu da bəg deməkdir. Ra-Amon Allahı məhz onlar vasitəsilə burada Özünə Ev tikmişdir və mətnlərdə bu Ev - Bet Şean, onun Allahı isə Mekal adlanır. Sufi məntiqində Mekal rəmzi Eloxim/Eloqim rəmzi ilə eyni mənalıdır və bu da elə İlahümmə, yəni İlahi ümmət mənasındadır. Mekal adı bizlərə Muğal, Moğol, Muğali kimi məlumdur və mətnlərdə bu bəglər Cəlair nəslinə aid edilir (məqalə "Империя моголов, берущее начало с золотого храма Соломона", sayt: https://firudin.blogspot.com/2023/10/blog-post_15.html?m=1). Cəlair (Cəlait) isə - Alban Ərənşahları olan Gelar (Gelat/Xelat) nəsil adının ərəb variantıdır. Bu o deməkdir ki, qədim mənbələrdə Baki dedikdə, indiki Bakı yox, Azərbaycan Atabəglər Ailəsinin malikanəsi olan Xelat - Gelar pirlərinin Baki (Bəg) eli başa düşülməlidir. Tövrat kitabı məhz bu Azəri bəglərinə, Allahın Özü üçün bu eldə yaratdığı Beytə həsr olunmuş kitabdır (məqalə "Тайна Моисея и его Торы", sayt: https://firudin.blogspot.com/2023/06/blog-post.html?m=1). Allahın Özünə qulluq üçün ayırdığı bu seçilmiş bəglər Tövratda bexukotay, yəni bəg-xuda, Bxaqavat-Qitada isə bxakti adlanır və bu kitabda Allah elan edir ki, "Məni yalnız bxaktilərim lazımi səviyyədə dərk edə və Mənim səviyyəmə çata bilərlər". Hind mənbələrində bu bəg-xudalar brahmanlar da adlanır və bu rəmz Ba-Rəhman (Bəg-Rəhman mənasında), yəni İlahi "Ba ruhunu daşıyan Rəhman" Allah və Onun varisləri deməkdir. Ümumiyyətlə bütün qədim mənbələrdə Allahlar, padişahlar və peyğəmbərlər dedikdə, Allahın bu Baki elindən dünyaya səpələnmiş Azərbaycan pir-bəgləri, seyid-şıxları nəsli nəzərdə tutulmalıdır.
Mənbələrə görə, axirətdə qədim Baki dağının altındakı mağarada qorunan Əhd sandığı açılacaq, burada saxlanılan İlahi Azər odu dünyaya yayılacaq və ondan göydə ikinci kosmik Azər (Osiris/Atum) Allahı yaranacaq. Bununla da yerdə "qızıl əsr"dəki kimi yeni dünya nizamı başlayacaq. Elm birdən-birə tam inkişaf edəcək, bütün xəstəliklərin çarəsi tapılacaq və insanlar yüz yaşına çatmamış ölməyəcəklər. Ölən insanların ruhları isə göydə yeni yaranacaq Osiris Allahının ölüm şahlığında, yəni cənnətdə ikinci həyat qazanacaqlar. Qədim Baki yenidən bəşəriyyətin müqəddəs ocağına çevriləcək.
Firudin Gilar Bəg
7.12.2023
Комментарии
Отправить комментарий