Babək haqqında bilmədiklərimiz
Babək haqqında bilmədiklərimiz
Son dövr sosial şəbəkələrdə müzakirə olunan mövzulardan biri də milli qəhrəmanımız Babək mövzusudur. Elmi, məntiqi olan da, olmayan da bu mövzuda mütəxəssis rolunda çıxış edib, öz mənasız rəylərini bildirirlər. Alimlərimiz də Babəklə bağlı mənbələrdəki anlaşılmaz ifadələri, rəmzləri dərk etmədən, ekspert kimi danışırlar. Qədim müdriklərə görə bu gün biz cahiliyyə dövründə yaşayırıq və bu dövrün əsas göstəricisi də - dərindən düşünmə qabiliyyəti olmayıb, hikmət və marifətullahı bilməyən, lakin "alim" adını almış insanların elmdə söz sahibləri olmasıdır. Qədim yazıların əsl, yəni batini mənalarını yox, yalnız hərfi mənalarını anlayan cahil alimlər sayəsində bu gün dünyada - tarix, din, fəlsəfə və s. sahələrdə xaos yaşanır və heç bir sualın həqiqi, məntiqi cavabı tapılmamışdır.
Mən bu gün tariximizin sirli qəhrəmanlarından biri olan Babək Xürrəmdin haqqında heç kimin bilmədiyi həqiqətlərə aydınlıq gətirəcəyəm.
Ziya Bünyadovun yazdığına görə, Babək Azərbaycanda İslamdan əvvəlki qayda-qanunları bərpa etməyə çalışırdı. Birincisi, o, özünün müsəlman olmayan Babək (Papak) adını bərpa etdi. İkincisi, Allahın insan surətində görünəcəyi hulul nəzəriyyəsini elan etdi. Üçüncüsü o, ruhun bir cisimdən digərinə köçdüyünə (tənasuh) inanırdı. Dördüncüsü, o bu əqidədə idi ki, imamın qeyb olan ruhu çox sonralar qayıdacaqdır (ricət). “Babəkin tarixi”ndə bildirilir ki, Cavidan ölüm qabağı demişdir: “Mən bu gecə öləcəyəm. Mənim ruhum bədənimdən çıxıb Babəkin bədəninə keçəcək və onun ruhu ilə birləşəcəkdir… Mən onu öz yerimə öz ardıcıllarıma rəhbər təyin edirəm”. Nizam ül-Mülk isə yazır ki, “hicri 162-ci ildə Mehdinin xəlifəliyi zamanında sorxələm adlandırılan Qorqan batiniləri xürrəmdinlərlə birləşdi və s.” (Z. Bünyadov, “Azərbaycan VII-IX əsrlərdə”, B.1989, 133; 228, 226, 313, 227). Babəkin – “Qırx il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq daha üstündür” şüarı onu deməyə əsas verir ki, onun mübarizəsi - İslamın, Quranın birbaşa mənalarını əsas götürən cahil müsəlmanlarla olmuşdur. Mehdinin xəlifəliyi dövründə xürrəmdinlərin batinilərlə birləşməyi də onu göstərir ki, burada söhbət - qədim yazıların batini mənalarını əsas hesab edən batinilərin, İslamın yalnız hərfi, zahiri mənalarını qəbul edən cahil müsəlmanlarla mübarizəsindən gedir. Çünki, sufizmin "tənasüh", "hulul", "azad olma" və s. rəmzləri bilavasitə batin elminin rəmzləridir. Başqa sözlə, Babək - Quranın hərfi mənalarını əsas məna kimi qəbul etmiş cahil müsəlmanlarla mübarizə aparmışdır. Bu isə yalnız axirətdə, imam Mehdinin zühur edəcəyi dövrdə baş verəcəkdir. Deməli, sufi məntiqinə görə, Babək axirətdə gələcək Mehdinin obrazıdır.
Sufi-batinilikdə “hulul” (xulul) rəmzi ölümsüzlüklə bağlıdır və Allahla və ya İlahi mahiyyət olan ilkin materiya ilə vəhdət təşkil etmək, İlahi mahiyyətə qovuşmaq mənasındadır. Kamillik yolunu tutmuş sufi, təriqətin Bəqa, yəni bəglik məqamında Allahla (İlahla) vəhdət vəziyyətinə gəlmək üçün, öz ruhunu ekstatik vəziyyətdə bədəndən azad edir. Məşhur sufi Bəhaulla, özünün “Yeddi vadi” mistik yazılarında “kuffi” adlandırdığı “azad olma" rəmzi haqqında yazır: “ehtirasının tamah etdiyi şeydən azad ol: sonra isə öz Allahına tərəf addım at”… Kaf “kuffi” mənasındadır, yəni ki, “məhdudiyyətə bürünməkdən azad ol ki, müqəddəslik dayanacaqları haqqında bilmədiklərini biləsən”. Burada söhbət tərikənin Bəqa, yəni bəglik pilləsində ruhun, bədənin heyvani qüvvələrindən azad edilib, ilkin materiyaya daxil olmasından gedir. Quranda Bəqa rəmzi Əqəba kimi qeyd olunur ki, sufizmdə bunlar eyni mənalıdır. Quran yazır: “Lakin o Əqəbanı keçmədi! Sən nə bilirsən Əqəba nədir? Bir qulu azad etməkdir və ya aclıq zamanı qohumlardan bir yetimi və ya torpağa sərilmiş bir yoxsulu doyurmaqdır!... Elə ki azad oldun, qalx və Rəbbinə doğru get!” (Quran, 90:11-16,94,7,8). Deməli, sufizmdə azad olmaq – ruhun bədəndən çıxıb İlahla qovuşması mənasındadır ki, bu da hulul deməkdir. Sufilər buna "vəhdəti vücud" da deyirlər. Mən, internet səhifələrindəki "Babək bir gizli sirdir, aça bilərsən..." adlı məqalədə Babəklə bağlı əsas rəmzlərin açmasını sufi məntiqi ilə tam vermişəm. Cavidanın ruhunun Babəkin ruhu ilə birləşməsi rəmzi də axirətə aid rəmzdir ki, bu zaman hər şeyi yaratmış və əvvəldə gəlmiş Allahın ruhu, axirətdə gələcək Mehdinin ruhu ilə birləşəcəkdir. Bu isə o deməkdir ki, Babəkin bədəninə köçən ruh elə qədim Misir mətnlərindəki firon Amonun göydə ölümsüzlük qazanmış Ba adlanan ruhudur. Babək adı da Ba-Bək, yəni Bəqa səviyyəsinə qalxmış Ba ruhu deməkdir. İslamda Ba ruhu bəsmələ kimi qeyd olunur və deyilənə görə imam Əli demişdir: "Quran Fatihədən, fatihə Bəsmələdən, Bəsmələ isə Ba hərfindən ibarətdir. Mən isə Ba hərfinin altında bir nöqtəyəm". Deməli, Bismillah, yəni "Ba İsmi Allah" – “Ba Allahının İsmi” deməkdir və bu isim altında əvvəldə gəlmiş Ra-Amon, yəni Rəhman Allah və axirətdə gələcək Rəhim, yəni Mehdi nəzərdə tutulur. Mənbələrdə Ba Allahı - Billah və Vallah kimi də qeyd olunur ki, sufi-batin elmi mənbələrdə "elmi-Billah" adlanır. Qurandakı “Amenu Billahi” rəmzinin batini mənası da, Allahın Ba ruhunun Amenu-ya, yəni qədim Misirin Amon Allahına aid olması deməkdir (Quran, 49:15). Mən bunlar haqda, “Qurana görə axirətdə Allah gələcək” adlı məqaləmdə geniş yazmışam.
Bütün bunlar o deməkdir ki, Cavidanın ruhunun Babəkin ruhu ilə birləşməsi, əvvəldə gəlmiş və bütün bəşəriyyəti yaratmış Rəhman Allahın ruhunun axirətdə gələcək Mehdinin bədəninə keçəcəyi, onun ruhu ilə birləşəcəyi anlamındadlr. Rəsmlərdə bu birlik – bir atı minmiş iki nəfər kimi və ya bir bədəndə olan iki baş kimi də rəmzləndirilir. Quranda bu birləşmə Günəşlə Ayın birləşməsi kimi qeyd olunur ki, bu da Günəş Allahı Ra-Amon, yəni Rəhmanla, Ay Allahı mənasında olan Rəhimin, yəni Qəmərin birliyi mənasındadır (Quran, 75:9). Sufizmdə Rəhim rəmzi ilə ay anlamında olan Qəmər rəmzi eyni mənalıdır. Başqa sözlə, Bəsmələ - günəş Allahı Rəhmanın kamilləşmiş Ba ruhunun axirətdə ay Allahı Rəhimin, yəni Mehdinin bədəninə keçməsi mənasındadır.
Tövratda görə , əvvəldə və axırda gələn Allahlar Yaqub peyğəmbərin 12 övladlarındandır. Mən, internet səhifələrindəki "Великие деяния сыновей Иакова и Рахиля" adlı məqaləmdə göstərmişəm ki, əvvəldə və axırda gələn allahlar - Azərbaycanın Xelat Atabəgləri kimi tanıdığımız Gilar bəgləri olmuşlar. Bütün yəhudi peyğəmbərləri, qədim padşahlar və Allahlar məhz Gilar elinə mənsub olmuşlar.
Tarixçi Musa Kalankatlıya görə, Sünik hakimi Vasakın qızı ilə evlənən Babək, Gelarkünidəki məhşur Makenasos monastırını yandırmışdı. Bu onu göstərir ki, Babək obrazı - Alban Ərənşahları nəslinin eli sayılan Sünik-Gelarküni ilə bağlı obrazdır. Başqa sözlə, Babək - mənbələrdə Gelar, Gelat, Xelat adlanan Gel batinilərinin qəhrəmanıdır. Şəhrəstani Gel nəslini qalilər adlandırır və bildirir ki, İsfahanda qalilər - xürrəmilər və ya kuzilər adlanırlar. Bu isə onu deməyə əsas verir ki, xürrəmilər elə, bizim Alban Ərənşahlarının Gelarküni eli, Azərbaycanın Xelat Atabəgləri və Qacar ismaili şahlarının Gelat eli kimi tanıdığımız Gilar bəgləri olmuşlar.
Bütün bunlar və burada qeyd edə bilmədiyim çoxlu faktlar onu deməyə əsas verir ki, Babək - axirətdə gələcək və müqəddəs yazıların hərfi, yəni zahiri mənalarını İslam dini adlandıran cahil müsəlmanlara qarşı çıxacaq Mehdinin obrazıdır. Onun öldürülməsi, başının Xorasana göndərilməsi də, Mehdinin digər obrazı olan, çarmıxa çəkilmiş İsa peyğəmbər kimi rəmzi mənadadır. Bu obraz digər yazılarda, ruhun göylərə diri-diri götürülməsi, onun axirətdə günəş Allahı Ra-Amonu əvəzləyərək, onun yerinə ay Allahı kimi çıxması kimi qeyd olunur. Bütün bunlar haqda mən, müəllifi olduğum Batini-Quran və digər kitab və çoxsaylı məqalələrimdə geniş yazmışam. İnternet səhifələrində bunların əksəriyyətini oxumaq mümkündür.
Firudin Gilar Bəg
Sufi-batin alimi
24.09.2024
Комментарии
Отправить комментарий