Əsl şiəlik və şiələr haqda ağlasığmaz həqiqətlər
Qədim müdriklərə görə yaşadığımız dövr cəhalət dövrüdür. Çünki, insanlar yaradılışını, "hardan gəlib, hara getdiyini" bilmədikləri halda özlərini kamil insan hesab edirlər. Bəziləri isə ümumiyyətlə meymundan əmələ gəldiklərini düşünürlər. Bunların səbəbi ilk yaradılmış varlıqların adi insanlardan tam fərqli və sirli olmasıdır. Qədim mənbələrə görə, Allah ilk olaraq "göy insanları" adlanan ölümsüz pir-bəglər, seyid-şıxlar nəslini, onlar isə ölümlü yer insanlarını yaratmışlar. Bu haqda mən, internet səhifələrimdəki "Человека сотворили Хазарские беки - Элохимы" adlı məqalədə geniş yazmışam. Quranda ölümsüz göy insanları - bəşəriyyətdən üstün yaradılmış İsrail oğulları adlanır ki, Tövrata görə onların xüsusi "səfa" dili olmuşdur. Quranda - Süleyman peyğəmbərə verilmiş "quş dili" adlanan bu dil yəhudi mənbələrində - "pşat, remez, draş, sod" adlanan 4 səviyyədən ibarətdir. Adi yer insanı yazıların yalnız hərfi mənası olan pşatı anlayırdılar. İslamda pşat - Quranın zahiri mənası, digər səviyyələr isə batini mənalar adlanır. Batini mənaları bilmək qədimdə adi insanlar üçün qadağan olunmuşdu və bu 4 səviyyəni yalnız "səfa qardaşlığı" adlanan sufi arifləri bilirdilər. Bu haqda mən, internetdəki "Тайна святого языка Азери" adlı məqalədə yazmışam. Yalnız samitlərlə yazılmış Tövrat kitabı mənbələrdə "ktav Aşuri" adlanır ki, batini mənada bu "Azəri kitabı" deməkdir və mətnlərə görə Allah "dünyanı" yaradanda bu kitaba baxıb, yaradırmış. Bu kitab qədim Azərilərin İsna-Aşəriyə dininin müqəddəs kitabı olmuşdur və "İsmaili natiqlərinin İsna-Aşəriyə fəlsəfəsi" adlı məqalədə mən bu haqda yazmışam. Qədim yazılardakı İsrail rəmzi də batini mənada Asar-Eli, Azər-Eli, yəni Osiris Allahının Eli mənasındadır və bu elin indiki İsrail dövlətinə və xalqına heç bir aidiyyatı yoxdur. Sadəcə onların da əcdadları, digər xalqlar kimi min illər bundan əvvəl Azərbaycandan köç etmiş, lakin adlarını saxlamışlar. Bu haqda mənim internetdəki - "Правители мира и их единый "язык птиц" adlı məqaləmdə ətraflı məlumalar var.
Bütün bunlar o deməkdir ki, iki növ insan yaradılmış və onların da iki növ məntiqi olmuşdur. Bütün qədim yazıların zahiri, yəni hərfi mənaları adi yer insanları üçün, batini mənaları isə göy insanları nəsli olan sufi arifləri üçün nəzərdə tutulmuşdur. İslamda sufi ariflərinin batin elmi - "hikmət və marifətullah", bu elmi bilənlər isə "əhli marifət, "arif-Billah", "alim-Billah" və s. adlanırlar. Bu ismaili natiqlərinin sonuncusu imam Əli hesab olunur ki, hədislərdə peyğəmbərimiz "elm şəhəri", imam Əli isə bu şəhərin "qapısı" adlanır. Başqa sözlə, batin elmini və bu elm vasitəsilə göydə yaradılmış cənnət "şəhərini", yalnız imam Əlinin elmi vasitəsilə dərk etmək olar. Bu günkü müsəlmanlar Quranın və hədislərin yalnız zahiri mənalarını anlayıb, bunu İslam dini hesab edirlər ki, bu həqiqətən də tam cəhalət göstəricisidir. Bunu mən internet səhifələrimdəki - "Bu günkü İslam – cəhalət, bütpərəstlik, batini İslam isə kamillik və ölümsüzlük deməkdir" adlı məqalədə elmi əsaslandırmışam. Bu söhbətimdə isə mən, İslam tarixində ilk dəfə qədim şiəlik və şiələr haqda batini sirləri açacağam.
Qəbul edilmişdir ki, "şiə" sözü tərəfdar, təqib edən mənasında imam Əli və əhli-beyt təqibçilərinə deyilir. Lakin hədislərdə şiəlik və şiələr qiyamət günü ilə əlaqələndirilir və peyğəmbərimizə görə onlar qiyamət günü qurtulub Allahdan, Allah da onlardan razı qalacaqdır. Bu razılıq - axirət günündə imam Əliyə iman gətirənlərə aid edilir ki, onlar Kövsər hovuzunun kənarında peyğəmbərimizlə görüşəcəklər. Peyğəmbərimiz axirətdə imam Əliyə iman gətirənləri - "xeyrül-bəriyyə", yəni yaradılmışların ən xeyirlisi adlandıraraq bildirmişdi ki, Əli, səhabələri və şiələri axirətdə cənnətdə, düşmənləri isə cəhənnəm atəşində olacaqlar. Şiəliklə bağlı hədislərin dərindən araşdırmasından belə çıxır ki, şiəlik bilavasitə axirətdə imam Əliyə iman gətirənlərlə bağlıdır və məhz onlar cənnətə düşəcəklər. Bu isə o deməkdir ki, imam Əli axirətdə zühur edəcək Mehdi obrazındadır. Mən, sosial şəbəkələrdəki - "Qurana görə axirətdə Allah gələcək" adlı yazımda göstərmişəm ki, Quranda "Allah əvvəl və axırdır" dedikdə, axirətdə gələcək Mehdinin əslində Allah olması nəzərə çatdırılır. Maraqlı hal isə odur ki, şiəliyi yaradan ifrat Gelat şiələri də imam Əlini Allah kimi qəbul edirdilər. Onların Əli-İlahi təliminə görə, Allah – Nuhda, İbrahimdə, Musada, İsada təcəssüm etmiş və nəhayət, Əli şəxsiyyətində axırıncı dəfə təcəssüm edəndə o "Şah Cahan" adını alacaqdır. Bu təlimə görə, Allah-Əli imam Əli simasında zühur etmişdir ki, öz Quranını yaysın. Lakin bu Quran Məhəmməd peyğəmbər vasitəsi ilə xalqa verilən Quran deyil, başqasıdır və xüsusidir və içindəkilər yalnız insanları düz yola gətirmək üçün çox az şeyx və dərvişlərə məlumdur. Məhəmməd - Allahın müjdəçisi, xəbərçisidir ki, Əli şəxsiyyətində təcəssüm etmişdir. Bunlar haqda mən internetdəki "Tövrata görə imam Əli - İslamın Allahıdır!" adlı məqaləmdə də geniş yazmışam.
Bütün bunlardan çıxan nəticə odur ki, hədislərdə şiəlik və şiələr dedikdə, axirətdə gələcək və Mehdi obrazında olacaq imam Əlinin tərəfdarları nəzərdə tutulur. Bu tərəfdarlar əsasən əhli-beytdən olacaq ki, batini mənada əhli-beyt - Beytullahın, yəni Allahın Gelat və ya Gilar adlanan Mülkündə yaradılmış "cənnət evinin sakinləri" deməkdir. Alban mənbələrinə görə, məhz Gelarküni paronterləri, yəni firon-pirləri Sünik göylərində İlahdan "səhra" yaratmışlar ki, yəhudi mənbələrində bu "səhra" - Faran/Paran səhrası, Assur mənbələrində isə "Şərqin Ərəbi" ölkəsi adlanır. Bu haqda mənim - "Qədim mənbələrdəki Ərəbistan İndiki Ərəbistan deyil!" adlı məqaləmdə ətraflı məlumatlar verilmişdir. Başqa sözlə, batini mənada Ərəbistan səhrası dedikdə Azəri pir-bəglərinin Gelarküni göylərində İlahdan yaratdıqları səhra, yəni el, dünya, vilayət nəzərdə tutulur. Göydə yaradılmış bu Alban ölkəsinin adı mənbələrdə Alu kimi qeyd olunur ki, bu da sufizmdə elə Əli, yəni el, vilayət anlamındadır. Alban rəmzi özü batini mənada "Nəbi-Eli", yəni "peyğəmbərlər aləmi" deməkdir və qədim Misir mənbələrində peyğəmbər - göydəki cənnətdə ölümsüzlük qazanmış pir-fironların ruhlarına deyilirdi. Sufi məntiqində şiə rəmzi də ruh deməkdir və bu ruh əvvəldə gələrək bəşəriyyəti yaratmış pir Əmanın, yəni firon Amonun ruhudur. Axirətdə də pir Əmanın göydə ölümsüzlük qazanmış məhz bu Şiə ruhu - imam Əlinin bədənində zühur edəcəkdir. Əli, yəni Alu eli isə Alban Ərənşahlarının, yəni İran şahlarının elidir.
Qurana görə əsl şiəlik İranda, İslamdan min illər əvvəl olmuşdur və Nuhdan, İbrahim peyğəmbərdən başlayır. Mənbələrə görə, şiəlik İranın rəsmi dini kimi ilk dəfə Monqol əsilli Elxani hökmdarı Olcaytu xanın dövründə qəbul olunmuşdur ki, Monqol əsilli bu hökmdarlar da Azəri moğolları olan Cəlairilərin, yəni Gilar bəglərinin nəslidir. Bu haqda əlavə məlumatlar mənim internetdəki - "Batin aliminin İranın saxta ayətullasına cavabı" adlı məqaləmdə var. Alban mənbələrində açıq yazılır ki, axirətdə Albaniya, yəni Alu/Əli vilayəti - Gelarküni nəslindən bir nəfərə vərəsəliklə çatacaqdır. Mən internetdəki - "Cənnət haqqında həqiqətlər və onun vərəsəliklə verilməsi" adlı məqalədə bu haqda yazmışam. Başqa sözlə, Alban mənbələrinə görə göydəki Alu/Əli vilayəti, yəni cənnət - Allah tərəfindən axirətdə Gilar bəglərindən bir nəfərə vəd edilmişdir. Əhli-beyt dedikdə də - Allahın Gelarkünidə Özü üçün yaratdığı Beytin qulluqçuları nəzərdə tutulur və mən, "Həqiqətdə Əhli-beyt kimlərdir?" adlı məqalədə bu haqda yazmışam. Bu isə onu deməyə əsas verir ki, əsl əhli-beyt şiələri - məhz Azərbaycanda yaşayan pir-bəglər, seyid-şıxlar nəslinin törəmələridir. Axirətdə də məhz onlar imam Əlinin tərəfdarları olacaqlar və Allah onları, göydə yenidən yaranacaq Əli vilayətinə, yəni cənnətə qəbul edəcəkdir. Hədislərdə şiələrin axirətdə Kövsər hovuzunun kənarında peyğəmbərimizlə görüşü də bu mənada onların Gelarkünidəki cənnət qapısının qarşısında görüşü anlamındadır. Bu görüş haqda qədim mətnlərdən olan ”Yanıçarın yazıları”nda da yazılır və burada nəzərə çatdırılır ki, peyğəmbərimiz ölüm ayağında öz ardıcıllarını yanına çağırıb demişdir: “Mənə dəfn təşkil edin və Mən dirilənə qədər yanımda olun… Mənim üçün, İsrail xalqı kimi Allahın seçilmişləri olun. Mənim İmam Əlimə qulaq asaraq, dəfni Mədinədə edin və mən məhkəmə günü duracağam və sizi şadyanalıq keçirəcəyimiz yerə aparacağam”. İmam Əlini qəbul etməyənlər isə Qurana görə lənətlənəcəklər və bu haqda mən, sosial şəbəkələrdəki söhbətlərimdə fikirlərimi bildirmişəm.
Bütün bunlar o deməkdir ki, sufi məntiqinə görə şiəlik - axirətdə gələcək imam Əlini peyğəmbərimizin varisi kimi qəbul etmək, onda zühur etmiş Şiə-ruhunun elə pir Əmanın ruhu olmasına inanmaq, ona iman gətirməkdir. Başqa sözlə, sufi məntiqində bu gün özünü şiə adlandıranlar heç də əsl şiələr deyillər. Hədislərə görə əsl şiələr - axirətdə gələcək imam Əlini varis kimi qəbul edənlər sayılacaqlar və məhz onlar cənnət ilə mükafatlandırılacaqlar.
Bunlar haqda daha ətraflı məlumalar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və digər kitab və çoxsaylı məqalələrimdə qeyd olunmuşdur.
Firudin Gilar Bəg
Sufi batin alimi
24.12.2024
Комментарии
Отправить комментарий