Azərilər və onların Allahla müqavilələri
Bu gün biz həqiqi tariximiz, əcdadlarımız və onların fəlsəfələri, ən qədim dinləri haqda heç nə bilmirik. Alimlərin bizə təqdim etdiyi tarix isə tam cəfəngiyat və heç bir suala cavab verməyən söz yığınıdır. Bu məqalədə mən ilk dəfə Azəri xalqının əsl tarixini, kökünü və fəlsəfəsini açacağam.
Azərbaycan adlanan Azəri ölkəsi ən qədim Misir mənbələrində Aziru, yəni Asar/Osiris Allahının şahlığı kimi keçir və amoreylərin Kadeş ölkəsi adlanır. Tövratda İazer (Ya-Azər) kimi qeyd olunan Azəri eli, bu kitabda da Kadeş amoreylərinin məmləkəti kimi qeyd olunur ki, sonradan buranı İsrail xalqı zəbt etmişdir. Bu kitabda İsrail xalqı, özlərinin vahid "səfa", yəni sufi dili olan ilk insanlar adlanırlar. Sufizmdə İsrail rəmzi də Asar-Eli, Azər-Eli mənasında Osiris Allahının eli deməkdir. Misir mənbələrində amoreylər, yəni marlar - "amorey-suti" kimi də qeyd olunur ki, bu da sufi məntiqində mar-seyid deməkdir. Başqa sözlə, qədim Misir yazılarına və Tövrata görə, Azəri ölkəsi - Azərbaycanın cənubunda mövcud olmuş Marastan, yəni Midiya marlarının, miri-seyidlərin ölkəsidir. Burada Kadeş - Kadus kimi məlumdur və qədim dillərdə bu rəmzlər "müqəddəs" mənasını verir. Deməli, ən qədim mətnlərdə Azəri ölkəsi - Midiya ərazisində yaşamış Osiris Allahının varisləri olan və bu gün də ad-soyadlarının qarşısında "Mir" rəmzi qeyd olunan müqəddəs seyidlər, pir-bəglər ölkəsidir.
Qurana (6:74) görə Azər - İbrahim peyğəmbərin atasıdır və o, büt düzəldib, onlara can verən Allah kimi qeyd olunur. Yunan mifologiyasında bu obrazda, göydən ilahi od gətirmiş Yafət oğlu Prometey çıxış edir. Belə ki, Prometey, yəni Pir-Maday mənasını verən Midiya piri (fironu) də insan düzəldib, Allahın ona ruh verməsini xahiş edir. Bu o deməkdir ki, qədim Azərilər, adi insanları öz əlləri ilə yaratmış müqəddəs pir-bəglər, seyid-şıxlar nəslidir. Mən, internet səhifələrimdəki - "Человека сотворили Хазарские беки – Элохимы" adlı məqalədə göstərmişəm ki, mənbələrə görə iki növ - Göy və yer insanı yaradılmışdır. Allah əvvəlcə ölümsüz "Göy insanları" adlanan Xəzər türklərini, yəni Göy türkləri, onlar isə öz əlləri ilə ölümlü yer insanlarını yaratmışlar. Erməni mətnlərində Xəzər sözü - Xazarapet, yəni Xəzər-Yafət kimi də yazılır ki, digər yerdə bu sözün əvəzinə Azarapet, yəni Azər-Yafət sözü istifadə olunur. Bu o deməkdir ki, Yafət nəsli olan Xəzər Türk bəgləri elə Azəri Türk bəgləridir. Tədqiqatçılar Xazarapet (“Hazarapati”) rəmzini, sözlərin etimologiyasına görə “minlərlə ölməz” kimi mənalandırırlar və bu da Xəzər sözünün, göydə ölümsüzlük qazanmış Xızırla bağlı olması deməkdir. Sufizmdə Xəzər və Xızır rəmzləri - "Hü-Azər", yəni qədim Misirin ölümsüz Osiris (Oziri/Azər) Allahı deməkdir. Qədim Misirdə pirin, yəni fironun ölməsi, onun "Osiris Allahına çevrilməsi" adlanırdı. Başqa sözlə, mənbələrdə Xızır və ya Osiris/Azər Allahı dedikdə - rəhmətə getmiş pirin, yəni fironun göydə ölümsüzlük qazanmış ruhu başa düşülməlidir. Azər/Xəzər Türk bəgləri də Xızır peyğəmbərin, yəni Azər-Osiris Allahının nəslidir. Bu gün Azəri seyid-bəgləri ilə bağlı deyimlərin birində bildirilir ki, - “Avam (yəni adi insan) doyunca yeyər, molla ölüncə yeyər, seyid isə öləndən sonra da yeyər”. Seyidin öləndən sonra da yeməsi, onun ruhunun, bədənin fiziki ölümündən sonra da cənnətdə yaşaması deməkdir. Belə çıxır ki, Azəri müqəddəsləri olan seyid-bəglər, qədim Misirin ölməz Osiris-Azər Allahının törəmələridir və adi insanları da onlar yaratmışlar.
Kitabi Dədə Qorqudda Türk bəgi – “ərənlərin əvrəni”, “Adəmilər əvrəni” adlandırılır və bu da “ərənlərin yəhudisi”, “Adəmin yəhudisi” deməkdir. Son dövrün araşdırmalarından çıxan nəticəyə görə də, Allahın Özünə qulluq üçün seçdiyi yəhudilər elə Xəzər Türk bəgləridir. Kitabı Dədə Qorqudda bu bəg ərənlər - “Dünya mənim” deyirlər ki, bu da onların, qədim dünyanın sahibləri, yəni Allahları olması anlamındadır. Yəhudi rəmzi də sufi məntiqində Ya-Xuda, yəni Ya-Allah deməkdir və bu xudalar nəsli ən qədim mənbələrdə - "şahlığı göydən endirilmiş kutilər" adlanır. Mən, “Qurandakı İsrail oğulları – Azəri bəgləridir” adlı məqaləmdə, qədim yəhudi seçilmişlərinin bilavasitə Azəri Türk bəgləri olmasını elmi sübut etmişəm.
Qədim Xəzər yəhudilərinin indiki İzrail xalqına heç bir aidiyyatı yoxdur. Mənbələrə görə, Allah Musa peyğəmbərə Tövrat kitabını verəndən sonra dedi: “İndi Tövratı İsrailə başa sal. Musa: “Dünyanın hökmdarı, - mən onu onlar üçün yazaram” dedi. Allah isə: “Mən onlara onu yazılı vermək istəmirəm, çünki bilirəm ki, gələcəkdə dünya xalqları yəhudilər üzərində ağalıq edəcək, onların Tövratını əlindən alacaq və onlara nifrət edəcəklər” (Е. Айзенберг, «Что такое Тора», Иерусалим, 1985, səh. 58). Bu gün dünyanın əsl sahibləri - indiki İsraillə bağlı olan yəhudilərdir. Onların İsrail dövləti isə 1948-ci ildə, dünyanı idarə edən masonlar tərəfindən Fələstin torpaqlarında yaradılmışdır. Bu o deməkdir ki, qədim mənbələrdəki İsrail oğulları, bu günkü yəhudilər deyillər. Başqa sözlə, Musanın yəhudiləri - bu gün nifrət edilən, Tövrat kitabı əlindən alınan və hamının, üzərində ağalıq etməyə çalışdığı Azəri Türk bəgləridir.
Tövratın Levilər adlı 3-cü kitabında Allah açıq bildirir ki, "Mən Öz Evimi sizin aranızda yaradacağam və sizin aranızda yaşayacağam və siz Mənim xalqım olacaqsınız". Belə çıxır ki, Beytullah, yəni Allahın Evi Azəri bəglərinin torpağında yaradılmışdır və Allah da Azəri bəglərinin arasında yaşayır. Mən internet səhifələrimdəki - "Həqiqətdə Əhli-beyt kimlərdir" adlı məqalədə göstərmişəm ki, Allahın Beyti - Azərbaycanın cənub bölgəsində mövcud olmuş, Tövratda izmaililərin Gelad eli adlanan, indiki Gilar bəglərinin torpağında yaradılmışdır. Məhz buradakı Sina/Sünik və ya Ararat adlanan dağda Allah - Azəri pir-bəglər, seyid-şıxlar nəslinin əcdadları ilə müqavilə bağlanmışdır.
Tövratın Levilər kitabının son bölümü "Bexukotay" adlanır ki, sufi məntiqində bu rəmz Bəg-Xuday, yəni Bəg-Yəhudi deməkdir. Bu bölümdə, Allahın öz sevimli seyid-bəgləri ilə bağladığı müqavilədən danışılır. Bu müqavilə - əvvəldə gəlmiş Ra-Amon, yəni Rəhman Allahın, bəşəriyyətdən üstün yaratdığı Azəri xalqı ilə bağladığı və "Əhdi-ətiq" adlanan müqavilədir. Levilər kitabının son bölümlərində Allahın onlara məhəbbətindən, istədikləri zaman onlara yağış verməsindən, bol-bərəkətli xoşbəxt həyat bəxş etməsindən və s. danışır. Öz "Evini" Azəri pir-bəglərinin yurdunda yaradan Allah, xalqının Ona "qulaq asdığı" müddətdə, onların beş nəfərinin yüzlərə, yüz nəfərinin isə on minlərlə düşmənə qalib gələcəyini, onları hər yerdə qoruyacağını bildirir. Lakin xalqının Ondan dönəcəyi dövrdən, Allah da onlardan "üz döndərəcəyini" bildirir. Bu dövrdən onların bərəkətinə, xoşbəxt həyatına son veriləcək. Onların ölkələri parçalanaraq düşmən əlində qalacaq, mallarını, var-dövlətini özgələri yeyəcək, özləri isə dünyaya səpələnəcəklər. Bu bölümdə Allah, Ondan dönmüş xalqının acı taleyi haqqında geniş məlumatlar verir (Tövrat, Levilər 26).
Axirətdə Allahdan dönmüş Azəri xalqı haqqında ən təsirli məlumatları, Əhdi-ətiqdə İsay (Yeşay) peyğəmbər verir: “Yer-göy qulaq as, çünki Allah deyir: Mən oğul böyüdüb ucaltmışam, onlar isə mənim üzümə ağ olublar. Camış da, uzunqulaq da öz yiyəsini tanıyır. İsrail (Azər-Eli) məni tanımır, mənim xalqım ağıllanmır... Əfsus, haqsızlığa düçar olmuş günahkar xalqım Allahdan dönüb, geri qayıdıbdır. Sizin tərsliyinizə görə, daha nədən ötrü sizi döyüm. Sizin başınızdan tutmuş bütün bədəninizdə salamat yer yoxdur. Torpaqlarınız boşaldılıb, şəhərləriniz odla yandırılıb, sahələrinizi gözünüz qarşısında özgələri yeyir... O zaman yeniyetmə, uşaqlar hökmranlıq edəcəklər. Xalq içində biri digərinə, hərə öz yaxınına zalımlıq edəcək, cavan həyasızcasına qocadan, adi adam kübardan üstünlüyünü göstərəcək və s".
Qədim mənbələrin tədqiqindən çıxan nəticələrə görə, yaradılışından 5500 il sonra, Ra-Amon Allahın Azərbaycan göylərində yaratdığı dünyanın, yəni ruhlar dünyasının - cənnətin sonu olacaq və məhz bu dövr bütün qədim mənbələrdə axirət adlanır. Bu zaman Ra-Amon Allahın Şu, yəni Şiə adlanan ruhu Azəri bəglərinin birinin bədəninə tənasüh edəcək. Xristianların İsa, Xəzər Türk bəglərinin isə Yaşua, yəni Şiə adlandırdıqları bu insan, yaradılışın bütün sirlərini açıb, həqiqətləri insanlara çatdıracaq. O insanlarla yeni müqavilə bağlayacaq ki, "Əhdi-cədid" - axirətdə bağlanacaq məhz bu yeni müqavilə mənasındadır. O öləndən sonra isə, ruhu Ra-Amon/Rəhman Allahın "yolunu gedib" göyə qalxaraq ərşə sahib olacaq və bundan sonra, göydə yeni yaranacaq cənnətin sahibi məhz o olacaq. Onun cənnətinə yalnız mömin adamlar daxil ola biləcəklər. Yazılanlara görə, axirətdə yaranacaq bu cənnətə bir varlı belə düşə bilməyəcək.
Bütün bunlar axirətdə, hikmət və marifətullahdan xəbəri olmayan cahil insanlara nağıl kimi gələcək. Quran, axirətdə baş verəcək bu vəziyyətlə bağlı yazır: “Aralarında səni dinləyənlər də vardır. Lakin bizi anlamasınlar deyə onların qəlblərinə pərdə çəkdik, qulaqlarına da tıxac vurduq. Onlar istənilən ayəni görsələr belə, yenə də ona inanmazlar. Hətta sənin yanına gəldikdə səninlə mübahisə edərlər və “Bu, keçmiş insanların əfsanələrindən başqa bir şey deyildir”– deyərlər”... (De:) “Rəbbinizdən sizə göz qabağında olan dəlillər gəlmişdir. Kim onları görsə, xeyri onun özünə olacaq. Kim korluq etsə, zərəri də onun özünə olacaq. Mən sizin üstünüzdə gözətçi deyiləm” (Quran, 6:25,104).
Yazdıqlarımdan çıxan nəticə odur ki, bu gün Azəri adlanan dünyanın ən qədim xalqının səfil günə düşməsi, ölkəsinin parçalanaraq zəbt edilməsi heç də təsadüfi deyildir. Allah onları bütün qədim ölkələrin padşahları, çarları, imperatorları və s. etmişdi. Bütün peyğəmbərlər də bu Azəri pir-bəgləri, seyid-şıxları nəslinə mənsub olmuşdu. Lakin bu xalqın törəmələri zaman keçdikcə var-dövləti, şan-şöhrəti Allahdan, Onun göndərdiyi peyğəmbərlərdən, imamlardan üstün tutdular və Allahla müqaviləni pozdular. Nəticədə bu törəmələr, Əhdi-ətiqdə Allahın əvvəlcədən xəbərdar etdiyi pis günə düşdülər. Buna baxmayaraq qədim yazılara görə, sonda Allah Öz xalqını əhv edəcək və qədimdə olduğu kimi onlar və onların vasitəsilə bütün dünyanın xoşbəxt günləri başlayacaq. Sufilərə görə axirətdə Allahın İşi, əvvəlcədən müəyyənləşdirdiyi bu Əzəl yazının həyata keçməsinə nəzarət etməkdən ibarətdir. İsa peyğəmbərin sözləri ilə desək - "yerlə göy məhv ola bilər, mənim sözlərim həyata keçməyə bilməz".
Bunlar haqqında daha geniş məlumat və təkzibolunmaz faktlar, müəllifi olduğum “Batini-Quran” və digər kitab və çox saylı elmi məqalələrimdə verilmişdir.
Firudin Gilar Bəg
Sufi-batin alimi
30.12.2024
Комментарии
Отправить комментарий