Məhəmməd peyğəmbər - Bəglik məqamına yüksəlmiş Azəri piridir
Məhəmməd peyğəmbər haqqında söz demək istəyən hər bir insan bilməlidir ki, peyğəmbərimiz mənbələrdə - Allah nuru verilmiş "Haqq Məhəmməd" adlandırılır və onun "İki dünyanın ağası" olması nəzərə çatdırılır. "Haqq" və "İki dünyanın ağası" rəmzləri qədim Misirdə Asar, yəni Osiris Allahına aid edilən rəmzlərdir. Bu o deməkdir ki, peyğəmbərimiz adi insan yox, Allahla bağlı müqəddəsdir və onun həqiqətlərini anlamaq üçün, qədim müdriklərinin məntiqini, "dilini" bilmək vacibdir. Tövratda bu "dil" ilk insanların ilk "səfa əhəd" dili adlanır ki, bu da "Allahın sufı dili" deməkdir. Deməli, biz qədim yazılara Allahın sufi məntiqi ilə, yəni rəmzlər kimi yanaşıb, açmasını verməliyik. Sufi məntiqində Məhəmməd və eyni mənalı Mahmud rəmzləri - Maq-Mad və Qam-Adəm deməkdir. Qədim Misirdə Mad və Adəm rəmzləri, firon Amonun göydə yaratdığı kosmik ölçülü Maat və Atum Allahı kimi keçir. Digər tərəfdən, Məhəmməd peyğə