Annunaki və Osiris Allahları - qədim Azəri bəg ərənləridir

 


Qədim müdriklərin məntiqinə görə, hər bir kamil insan öz milli mənliyini bilməli, eli və ölkəsi haqda vacib məlumatlara malik olmalı və yeddi arxa dönəninin adlarını heç vaxt unutmamalıdır. Bəs biz öz əsil-nəcabətimizin hardan gəldiyini, kimlər olduğunu bilirikmi? Təbii ki, xeyir. Əgər bilsəydik, müqəddəs elimizdə çoxlu sayda haramzada "yetişməzdi". Bu gün bunun günahı ziyalı və alimlərimizin boynundadır. Sovet dövrünün alimlərini anlamaq olardı. Çünki o zaman biz imperiyaya daxil idik və ümumi Sovet ideologiyası təbliğ olunurdu. Bu günkü alimlərin qarşısında isə öz daxili qüvvələri durur ki, bu heyvani nəfs, onların öz bilgilərinə və mənafelərinə əks olan şeyi qəbul etməyə imkan vermir. Uduzan isə böyük sürətlə cılızlaşan xalqımızdır. İnsanlarımız bilməlidir ki, bu gün qəbul olunmuş tarix tam cəfəngiyyatdır və bizi öz kökümüzdən ayırmaq üçün son əsrlər uydurulmuşdur. Müasir alimlərin çoxu ən adi məntiqdən xəbəri olmayan insanlardır və onlar oxuduqlarının əsl mahiyyətini dərk edə bilmirlər. Cünki bütün qədim mənbələr müdriklərin İlahi məntiqi ilə yazılmış rəmzlərdir və bu rəmzlər dili - Assur teurqlarının, yəni Azəri türklərinin gizli dilidir (1). Quranda bu rəmzlər dili - Süleyman peyğəmbərə verilmiş "Quş dili" adlanır. Bizim sufi-batin məntiqi adlandırdığımız bu "dili" yəhudilər həm də tarqum (türk-üm) adlandırırdılar. Bu məntiqdə sirr deyilən bir şey yoxdur və qədim həqiqətlər rəmzlərlə ətraflı yazılmışdır. Biz də bu məntiqlə, müqəddəs elimizlə bağlı bəzi gizli həqiqətləri insanlarımıza çatdırmaq istəyirik. Biz bu məqaləni - müqəddəs vətənimizi öz varlığı ilə sevən qeyrətli gənclərimizə həsr edirik. Qırx dörd günlük Vətən Müharibəsində onlar öz qüdrətlərini bütün dünyaya göstərdilər.

Son dövrün araşdırmalarından məlum olur ki, ilk insanlar işıq (nur) saçan kahin-şamanlar olmuşlar. Mətnlərdə onlar "göy insanları" adlandırılaraq, adi insanın tam əksi olan İlahi insanlar kimi təqdim olunurlar. Bu haqda biz kitab və məqalələrimizdə geniş izah vermişik (2). Bu müdriklər mənbələrdə, ölümsüzlüyə inanan və İlahi elmə sahib olan "işıq saçan ilanlar", "loğman ilanlar" və s. də adlandırılırlar. Yazılarda onlar - abqal, abkarlu, aker, axu, anaq, ananaq və s. kimi də keçirlər. Mətnlərdə annunaki (anannaqi) də adlanan bu mələklər nəsli - qədim Şumer mədəniyyətini yaratmış "Annunun böyük oğulları" kimi də məlumdurlar. Şumer-akkadlarda "işıq saçan" mənasını verən An və ya Anu Allahı - göyün və günəşin ali Allahı hesab olunurdu. Başqa sözlə anunnakilər, "İşıq saçanın oğulları" və ya "İşıq oğulları" hesab olunurdu (3).

An və ya Anular Kitabi Dədə Qorqudda da An-lar adlandırılır və Anlar dəxi bu dünyaya gəldi keçdi, Anları dəxi əcəl aldı yer gizlətdi kimi qeyd olunur. Kitabda digər yerdə "əcəl alıb, yer gizlədən" rəmzi - "dünya mənim" deyən bəg ərənlərə aid edilir: Hanı ögdügimiz bəg ərənlər, "dünya mənim" deyənlər. Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı?. Bəg ərənlərin dünya mənim deməsi, onların dünyanın sahibləri, yəni allahları olması mənasındadır. Kitabda bu allahların məskəni Əmman dənizində tikilmiş kafər şəhəridir ki, məhz orada asilər, su altında “mənəm Allah” deyə qışqırışırlar. Belə çıxır ki, işıq saçan An-lar elə dünyanın sahibləri-allahları olan bəg ərənlərdir və onların Əmman dənizində kafər şəhəri vardır. Bəg ərənlərin işıq saçmaları da bu kitabda "bək" rəmzinə və bu ərənlərin başlarına aid edilir: “Əgni bək dəmir donum saqlardım sənin üçün, güni gəldi yen-yaqalar dikdürəyim sənin üçün. Başımda qunt işıqlar saxlardım sənin üçün” (4). Başda saxlanılan “qunt işıq” rəmzindən əlavə bu kitabda “alnunda altun işıq cübbəsi” və “Bəkilin işığı” ifadəsi var ki, bu da bəg elinin işığı mənasında bəglərin İlahi nurla vəhdətinə işarədir. Biz kitab və məqalələrimizdə göstərmişik ki, bəg rəmzi sufizmin bəqa səviyyəsinin rəmzidir. Bu səviyyədə sufinin ruhu - ilkin materiya, yəni Hü adlanan İlahla (İlahi işıq, nurla) birləşir və fövqəladə qüdrətə sahib olur. Qədim İran mənbələrində bu İlahi işıq "farna" adlanırdı ki, farna odu dedikdə də - efir, ilkin materiya, yəni İlah nəzərdə tutulur. Bu İlahi od da mənbələrdə bəglərə aid edilərək "farbaq" kimi yazılır. Farbaq - farnaya malik olan və ya farnanın hesabına bacarıqlı olan deməkdir. Mifologiyada farna - var-dövlət, hakimiyyət və qüdrət verən İlahi mahiyyətdir. Qədim Roma tarixçisi Ammian Marsellinə görə, uğur gətirən bu İlahi odun kiçik hissəsi nə vaxtsa Asiya şahlarına təqdim olunmuşdur. Prokopiy bu İlahi odu Azərbaycanla bağlayaraq bildirir ki, “Adarviqanda (Adərbecan) farsların Allahdan çox sitayiş etdikləri böyük Pirion vardır. Maqlar burada sönməz odu qoruyur, müqəddəs qaydalara dəqiq riayət edir və vacib işlərdə buradan baxıcılıq mənasında istifadə edirlər (5). Bu o deməkdir ki, işıq saçan An/Anu dedikdə qədimdə Asiya şahları olan Azəri bəg ərənlərinin əcdadları nəzərdə tutulmalıdır.

Məşhur sufi Anri Korben, özünün "İran sufizmində İşıq insanı" kitabında işıq insanını "Şərq" rəmzinə aid edir və bu rəmz altında göyləri və orada yaradılmış ruhlar dünyasını nəzərdə tutur. Məhşur sufi şeyxi Şihabəddin Yəhya Sührəvərdinin İşraq fəlsəfəsi də, ilk kosmik insanın - işıqlar işığından, yəni İlahi nurdan yaradılmasına həsr olunmuşdur. Sührəvərdi, kosmik İşıq insanının yaradılışının "Xurkal torpağında" baş verdiyini nəzərə çatdırır ki, sufi-batinilərdə Xurkal rəmzi QorGel, yəni Qor fironların Gel eli deməkdir. Bizlərə bu rəmz Herakl/Gerakl kimi də tanışdır və mənbələrə görə, Herakl Gel (Gileya) elində yarı-ilan, yarı-qadın Yexidna ilə cütləşmiş və ondan mələklər nəsli sayılan "ilandan (əjdahadan) doğulmuş" midiyalılar, yəni mar-amoreylər yaranmışlar (6). Belə çıxır ki, işıq insanları - Midiya marları, yəni bizim bu gün pir, bəg, seyid (şad), şıx və s. adlandırdığımız Azəri Türk bəgləridir. Bu isə o deməkdir ki, ən qədim mənbələrdəki "loğman ilanlar, "işıq saçan ilanlar" dedikdə məhz Midiya maqları olan farnbaq/farbaqlar, yəni firon-bəglər, pir-bəglər nəzərdə tutulmalıdır.

Kitabi Dədə Qorqudda pir bəglər – “inaq bəgləri” kimi də yazılır. İnaq rəmzi Alban mənbələrində inok kimi keçir və "müqəddəs ata" mənasını verir.  Məhz bu inok-inaq bəgləri Sünikdə (Gel-Gelarküni) – öz mələklər nəsilləri üçün "səhra", yəni ruhlar dünyası tikmiş və orada ölümsüzlük qazanmışlar. Deməli, yuxarıda qeyd etdiyimiz kafər şəhəri elə Ümmün dənizində tikilmiş ruhlar dünyasıdır. Göy sularında yaradılmış bu dünya haqqında kitab və məqalələrimizdə biz geniş məlumatlar vermişik (7). Ən qədim mətnlərindəki anunnakilər (annunaki, inanaqi) də An-inaq (Annu-İnoki) mənasındadır ki, bu da İnaq bəgləri deməkdir.

Digər tərəfdən, An (Ane/Anu/On/No və s.) rəmzi qədim Misirdə İunu kimi də yazılaraq Gel şəhərinin digər adı kimi keçir. Anunaki (NNK) rəmzinin Nunki (NNK) variantı isə "qüdrət yeri" mənasında Eridu şəhərinə aid edilir ki, araşdırmaçı alim Devid Rola görə, Şərqdən, “ilkin sonsuzluq sularından qalxmış Od adası”ndan gələn annunakilər burada məbəd tikdilər və onu Abzu adlandırdılar (8).

Tarixçi Moisey Xorenatsi “Ermənistan tarixi” kitabında, ilandan doğulmuş midiyalıları Baqarat nəsli adlandırır ki, bu da Bəg-Arat, yəni Eridu-bəgi deməkdir. Onun yazdığına görə, əjdahalar nəsli olan Sisaka, yəni saklar - “qədim şah toxumu”, tacqoyan Baqaratın ərənlər nəslidir. M. Xorenatsi, tacqoyan Eridu bəglərinin bu əjdaha nəslini Gelarküni, yəni Gel eli ilə əlaqələndirir ki, Sisaka hakimləri də sonradan Aranşah sülalə adını aldılar. Belə çıxır ki, annunakilər - bizim Bəzz kimi tanıdığımız Abzu qalasını tikmiş Enki ilə bağlıdırlar. Enki isə elə İnoki, yəni İnak, inaq bəgi deməkdir.

Sufi-batinilərdə An rəmzi müəyyən anı, məqamı bildirir ki, bu an da ilkin materiyanın, İlahın yaradılış məqamı mənasındadır. Deməli, Ane (Gel) şəhərindən olan və İlahla vəhdət təşkil edən An-lar, İlah (Allah) kimi istədikləri anda canlı varlıqlar yarada bilən Allahlar nəslidir.

Tanınmış tədqiqatçı Zəkəriyyə Sitçin anunnakilərin göydəki elini, yəni Ümman dənizindəki kafər şəhərini - Nebiru (NB-R) planeti adlandırır ki, batıni mənada bu rəmz Ra-Benu (R-BN) deməkdir. Bənzər El-Benu rəmzi - Benu ölümsüz ruhların Eli mənasındadır. Ra-Benu rəmzi bizlərə Erebuni/İrəvan kimi, El-Benu isə Alban kimi tanışdır. Qədim Misir mənbələrinə görə göydə yaradılmış bu El elə Ra dünyası olduğu üçün Yalu (L) rəmzi həm də Yaru (R) kimi yazılırdı. Başqa sözlə, axirətdə gözlənilən Nebiru planeti elə göydə yenidən yaranacaq ikinci Albaniya ölkəsi mənasındadır. Qədim Misir yazılarında bu ölkə - ölmüş Asar (Osiris/Azər) Allahının dirilməsi kimi də qeyd olunur.

Qədim Misir mənbələrində anunnaki nəsli eyni zamanda Axa (İxi), yəni Ağa adlanırdı. Mətnlərdə onlara aid edilən Abqal rəmzi bəg-eli, Abkarlu - bəg-ər-eli, Aker - Qor yolu ilə gedənlər, Anaq - İnaq bəgləri, Ananaq isə Ane-İnaq, yəni Ane şəhərindəki İnaq bəgləri deməkdir.

Digər tərəfdən, sufi-batinilər bəg ərən dedikdə Aran bəglərini nəzərdə tuturlar ki, Aran həm də Azərbaycanın qədim adlarından biridir. Aran şahları isə Albaniyanın Gel elinin Sisaka (Sisakan), yəni sak bəgləri sayılır və biz bu bəgləri həm də Xelat (Xaldeya/Gelat) atabəgləri kimi tanıyırıq. Lakin Alban mənbələrində Aran həm də göydə nəhəng insanın bədəni - ərazi kimi təsvir edilir. Qədim Misir mənbələrində məhz bu kosmik işıq insanı - Osiris-Orion (Asar-Orion) adlanır ki, bu da Azər-Aran fikrini ifadə edir. Başqa sözlə, Gelarküni, yəni Gel eli elə firon Amonun, kosmik işıq insanı olan Atumu yaratdığı Geliopol şəhəridir və işıq insanları da buranın qədim sakinləri olmuşlar.

Misirşünas alim Robert Byuvel Osiris-Orion rəmzini, axirətdə gələcək və firon Amonun yolu ilə gedərək, Osiris Allahına çevriləcək ruh (saxy) kimi təqdim edir (9). Byuvelə görə, piramida mətnləri məhz ona görə yazılmışdır ki, ölmüş (axirətdə öləcək) fironun saxu ruhu, Osiris-Orion kimi həyata qayıdaraq, yeni Osiris formasını alsın və köhnə Osirisin ruhu ilə birləşsin. Piramida mətnləri də məhz yeni Osiris-Orionun (Azər-Aran) - göydəki Orion bürcündə öz yerini tutması üçün yazılmış istiqamətləndirici şüarlardır. Bu mətnləri anlamaq üçün bilmək lazımdır ki, qədim müdriklərin məntiqində yalnız iki Allah əsasdır ki, bunlar da əvvəldə gəlmiş günəş Allahı Ra-Amon və axırda onun yerinə gələcək Ay Allahdır. Biz "Qurana görə axirətdə Allah gələcək" adlı məqalədə bu haqda geniş izah vermişik (10). Ay Allahının Günəş Allahının yerinə keçməsi prosesi Amduat kitabında (Ölüm şahlığı Duat) geniş təsvir olunur. Misirşünas A. Nivinskinin şərhinə görə, burada Günəşin 12 saat ərzində batması və yenidən çıxması təsvir olunur. Lakin burada hər saatın özündə Günəşin, yerin altında olduğu zaman dəyişməsi və artıq səhər, qoca Günəşin əvəzinə, kitabda “gecə Günəşi” adlandırılan yeni cavan Günəşin çıxması, buradakı hadisələrin bilavasitə axirətdə baş verəcəyinə işarət edir. Digər misirşünas alim Uollis Baca görə, "gecə Günəşi" – “kim ki gizlindədir” mənasını verən Seker Allahıdır. Başqa sözlə, burada Ay Allahı - "gecə günəşi" adlanır ki, bu obraz axirətə qədər gizlində qalmış Seker (Sokar) obrazıdır. Bu isə o deməkdir ki, Seker Ay Allahı elə yeni cavan Osiris-Orion, yəni Azər-Aran Allahıdır və mətnlər də bu Allahın axirətdə Ra-Amon Allahının yerinə keçməsi üçün hazırlanmış yolun magik təsviridir.

Alimlərə görə, piramida zirzəmiləri, şaxtaları, ölmüş fironun ruhunun - göydəki Saxu-Osiris bürcünə, Orion kəmərinə qalxması üçün ona istiqamətlənmişdir. R. Byuvel yazır ki, Oriondan və ulduz yığınından ibarət Osiris ulduz fiquru Tanrının fallosuna bənzəyir və bu məntiqdə Xeops (Xufu) piramidasının şaxtası, ulduzun yenidən doğumu ritualında fallik rol oynayır və Orion kəmərinin üç ulduzu Orion-Saxunun fallosudir. Bu üç ulduz isə Qizanın üç piramidasına uyğundur və Xeops piramidasının cənub şaxtası Orion kəmərinə istiqamətlənmişdir (9). Sadə dildə bu o deməkdir ki, ölən Aranın saxu ruhu birbaşa Orion bürcünə qalxıb, orada əvvəldən müəyyənləşdirilmiş yerini tutmalıdır. Buradakı fallos rəmzini anlamaq üçün bilmək lazımdır ki, müdriklərin məntiqində ölüm - insanın son ekstatik durumu (orqazm) mənasında, onun göyə atılmış ruhu (sperma) mənasındadır. Bu məntiqdə insan özü fallosun rəmzidir və qəbir üstündəki baş daşları da bu mənadadır. Bəzi qədim qəbiristanlıqlarda fallos formasında olan baş daşları bu günə qədər qalmaqdadır. Camilərin günbəzi də, türbələr kimi bu mənadadır. Başqa sözlə, insan öləndə onun ruhu bu vasitə ilə göyə atılır və göy İlahəsi Nut mənasında olan İsidanın bətninə düşür və burada ruh - quş formasında yenidən doğulur. Orion-Saxu, yəni Aranın Saxu ruhu da bu mənada göydə Qor-Sopdu, Sotis Allahına çevrilir ki, bu rəmzlər də axirətdə gələcək Osiris-Orionun ruhu mənasındadır.

Seker (Sokar) rəmzi sufi-batin məntiqində sak-ra (saxu-ra) - ölmüş insanın göyə qalxan saxy ruhunun Ra günəş diski ilə birləşməsini bildirir ki, sonrakı dövrlərdə bu rəmz Ra-saxu, yəni Arsak (Arşak) kimi yazılmağa başladı. Saxu ruhunun Ra diski ilə birləşməsi isə elə firon Amonun ruhunun Ra diski ilə birləşib, Ra-Amon Allahına çevrilməsinin təqlididir. Mənbələrdə Sokar - Memfis nekropolunu, yəni qəbirstanlığını qoruyan qızılquş başlı Qor Allahı kimi də qeyd olunur və Osiris (Asar/Azər) Allahı ilə eyniləşdirilir. Bu qəbirstanlıq həm də Duat ölüm şahlığı sayıldığı üçün Sokarın Memfis Duatı adlandırılır. Mətnlərə görə, Osiris Allahı məhz Memfisin Sokar Evində dəfn olunmuşdur. Mənbələrdə Sokarın bu evi həm də Rostay (Ra-Setau) adlanır və Qiza nekropoluna aid edilir. Osiris Allahı isə Rostaunun müqəddəs Allahı adlanır ki, mütəxəssislərə görə bura, qurban ritualları sahələri və Duat ölüm şahlığının girişidir. Məhz burada Osirisin arxasınca gedən "gün işığını görəcəkdir". Başqa sözlə, Sokar - öz bədənində iki dünyanı birləşdirən Osiris Allahı mənasındadır və onun yerdə Rostau (Ra-Setau) giriş qapısı vardır. R. Byuvelə görə də eyni mənalı Duat ölüm şahlığının da yerdə bənzəri var və bu Duatın darvazaları Abidosda (Bit/Beyt) yerləşir (9). Onun bənzəri Memfisdədir və əsas qapı məhz Rostau qapısıdır. Rostaunun cənub qapıları “Nairutef” [NR-TF] adlanır ki, batinilərdə bu rəmz “Afet-Ərən” [FT-RN] kimi oxunur və Alban mənbələrində bu rəmz Sisaka/ Sisakan nəslinin Gel (Gelarküni) elinə aid edilir. Başqa sözlə, Rostaunun cənub qapıları elə Yafət-Ərən nəslinə mənsub Geliopol qapılarıdır.

Lakin Rostau (Ra-Setau) rəmzinin Ra-Şit variantı Tövratın ilk rəmzi olan və "əvvəlcə" mənasını verən Be-reşit rəmzi mənasında əvvəldə və axırda gələn Allahlara aid edilir (11). Bu isə o deməkdir ki, bu qapılar əvvəldə gələn Ra-Amon Allahı üçün açıldığı kimi, axirətdə gələcək Sokar Allahı üçün də açılacaq.

Qədim Misirin Ölülər kitabının 1-ci və 117-ci bölümündə deyilir ki, “Mən Abidosda qurban gətirdim… Mən, onun vadiyə və gölə yolunu açan və onun taxtı üçün su yaradanam… Mən öz qurbanlarımı Abidosda yerləşdirdim”... Mən, “torpaq çıxanda” Abidosun peyğəmbəri idim. Mən, Ra-Setau sirlərini görənlərdən idim”. Burada gölə yol açanın eyni zamanda taxt üçün su yaradan olması, onun “torpaq çıxanda”, yəni Göydə Qeb torpağı yarananda peyğəmbər olması və Ra-Setaunun sirlərini görməsi o deməkdir ki, bu obraz da Göydə əvvəlcədən yaradılmış və bütün proseslərdə bilavasitə iştirak edən və hər bir sirri görən Sokarın, yəni Mehdinin obrazıdır. Qədim Misir mətnlərində bu obraz firon Amonun ilk yaratdığı Şu obrazıdır. Firon Amon öz ruhunu və ağlını Şu (Yeşua/Şiə/İsa) adlandırır və onun, bütün yaradılışı gördüyünü və buna görə də bütün sirləri bildiyini ilkin materiyanın əzəl yazısına həkk edir. Axirətdə də onun məhz bu Şu (Şit/Sif) ruhu hər şeyi yada salaraq, Amonun getdiyi yolu təkrarlayır və sonda Ay Allahı kimi onun yerinə keçir. R. Byuvel təəccüblə yazır ki, Sokarın Memfisdəki evindən başqa, göydə, Süd (Saman) yolunun yanında da ərazisi, evi var. Bunu anlamaq üçün biz rəmzləri diqqətə araşdırmalıyıq.

Bildiyimiz kimi, Sokar torpağı və şahlığı - Memfis nekropoludur. Amon Allahına olan alqışda deyilir: “Üç Allahlar – Amon, Ra və Pta (Ptah) – bütün Allahlar mənasındadır. Onlara tay yoxdur. Amon, hansı ki Öz adını gizlədir, o, öz üzü ilə Ra və bədəni ilə Pta (Ptah)-dır. Onların şəhərləri yerdə əbədi bərqərar edilmişdir: bunlar Fiva, Iliopol, Memfis əbədidir. Göydən gələn əmr Iliopolda eşidilir, Gözəl simalı üçün Memfisdə və Amonun şəhərindəki Totun sənədində yazılmışda təkrarlanır. Fivada isə işə yol açılır”. Deməli, Memfis şəhəri, Tot Allahın sənədinin yerləşdiyi yerdir ki, burada Göydən gələn əmrlər əzəli yazı olan Lövhi-Məhfuzla uyğunlaşır. Sufi məntiqinə görə bu əzəl yazı Cəbərut aləmində qorunur ki, bu aləm də qədim mənbələrdəki Qades, Aid, Sokar ə s. mağarasıdır. Bu o deməkdir ki, Memfis nekropolu elə yer altındakı Cəbərut aləminin rəmzidir və bu rəmz də qəbir (cəbər) rəmzinin digər yazılış variantıdır. Lakin sufizmdə Cəbərut aləminin (mağara) üstündəki torpaq Allahın Mülkü hesab olunur. Mülkün üstündəki göylər isə Mələküt aləmidir ki, ölümsüz Osiris ruhları da burada ömürlərini quş formasında davam etdirirlər. Bu isə o deməkdir ki, Fiva, İliopol və Memfis şəhərləri - Allahın Mülkünün, Mülkün altındakı Cəbərut aləminin (mağarasının) və Mülkün göylərindəki Mələküt aləminin rəmzləridir. Bizlərə bu üç aləm üç Qorbustan kimi də tanışdır və bu üçlük qədim Misirdə Atum, Neter, Ruten və s. adlanan kosmik insanın bədənidir. Bu kosmik bədəndə göydəki Mələklər aləmi Allahın yerdəki Mülkünün inikasıdır. Hermes Trimeqistin dili ilə desək, göydəki Mələklər aləmi, yerdəki Mülklə eynidir və əksinə. Başqa sözlə, göydəki Osiris-Orion dünyasının bənzəri yerdəki Osiris-Orion, yəni Azər-Aran elidir.

R. Byuvel 1990-cı illərin ortalarında "Orion bürcünün korrelyasiya nəzəriyyəsi"ni müzakirəyə çıxardı ki, bu nəzəriyyəyə görə Misirin Qiza çöllərindəki üç piramida (ehram) - göydəki Orion bürcü kəmərinin üç ulduzunun bənzəri kimi tikilmişdir (9). Byuvelin bu nəzəriyyəsi çox düzgün qənaətdir ki, bu da göydəki ruhlar dünyasının yerdəki dünyanın bənzəri kimi qəbul edilməsi məntiqinə görədir. Belə çıxır ki, Osiris-Orion, yəni Azər-Aran elimiz göydəki Osiris ruhlar dünyasının yerdəki əksidir.

Ərəb səyyahı Əl İstəhri Azərbaycan, Ermənistan və Arranla bağlı bildirir ki, “biz xəritədə bu üç ölkəni birləşdirib onlara bir iqlim kimi baxırıq”. Batinilikdə İqlim rəmzi Gelam, Elohim (İlah) və Mələk rəmzləri ilə eyni mənalıdır. Alban mənbələrində Gelam - Gel elini yaradan qəhrəman kimi göstərilir ki, mələklər aləmi də məhz bu Gel elinin göylərində var olmuşdur (12). Belə çıxır ki, Azərbaycan, Ermənistan və Arran elə Üç Qorbustan, yəni Mülk, Mələküt və Cəbərut aləmi mənasındadır. Bu isə o deməkdir ki, əsl Qiza nekropolu elə Azərbaycanda, Allahın Mülkünün altındadır. Misirdəki Qiza vadisi, Azərbaycan dağlarının altında gizlədilmiş piramidaların bənzərdir. Batinilikdə Qiza rəmzi Xaos və Oğuz rəmzləri ilə eyni mənalıdır ki, bu da Qiza piramidalarının Xaosdakı, yəni göydəki Orion bürcü kəmərinin üç ulduzunun elə Oğuz elindəki piramidalarla eyniliyi deməkdir. Qiza rəmzi bizlərə Qafqaz adındakı qaz rəmzi kimi məlumdur. Buradakı qaf rəmzi isə sufilərin "quffi" adlandırdığı - "bədəndən azad olub, İlaha qovuşmuş ruh" mənasındadır. Mənbələrdə bu rəmz xufu/xep/kaf və s. kimi də yazılır. Buradan isə belə nəticə çıxarmaq olar ki, məhz Qafqaz dağında, firon/pir Amonun ruhu göylərə, yəni Xaosa sahib olub, Oğuz xaqana çevrilmişdir. Qafqaz (Xufu-Qiza) həm də əsl Xufu piramidasının gizlədildiyi Oğuz elidir. Kafər, yəni quffi-ər şəhəri də, bədəndən azad olmuş ruhun göydə yaratdığı Ra günəş Allahının şəhəridir. Deməli, Ra-Əman/Rəhman Allahın Mülkü - Qafqaz dağlarında, əsl Xufu piramidasının gizlədildiyi Oğuz elindədir.

Numizmatika nümunələrində Allahın mülkü - "Mülkə-Hu" kimi yazılır və Cəlair (Qacar şahları), yəni Gelar şahlarına aid edilir. Cəlairilərin bu eli Xəllədə kimi də qeyd olunur ki, bu da elə Xelat/Xalda/Gelad/Xəlil/Qall və s. rəmzlərlə eyni mənalı olub, Gel şəhəri deməkdir. Bilirik ki, Qacar şahlarının hakimiyyəti dövründə Azərbaycanın daxil olduğu İran ölkəsi – “Məmaliki Məhruseyi Qacar”, yəniQorunan Qacar Məmləkətiadlanırdı. Batini mənadaMəmalik” (MMLK) rəmziMülk, Malik və Mələk mənasını verir və Allaha (Malik), onun Mülkünə və Onun mələklərinə aid edilir. Başqa sözlə, batini mənadaMəmaliki Məhruseyi Qacarrəmzi – “Mələk Maliklərin (Hökmranların) Allah tərəfindən qorunan Mülkü” fikrini ifadə edir. “Məmaliki Məhruseyi Qacarrəmzinin daha dərin batini mənalarını açsaq, bu rəmz – “Qamaman) Asarlarına (Osiris/Azərlərə) mənsub Qor Ağalarının Mülkü” mənasını verər (13).

Qədim Misir mənbələrinə görə də Qizanın Memfis nekropolunu Sokar-Osiris Allahı qoruyur ki, bu da elə Azər/Osiris Allahının Mülkünün yeraltı qəbirstanlığıdır. Memfisdə - Pta, Sokar və Osiris üçlüyünə bir Allah kimi baxılır və burada Ra Günəş Allahının yerini Sokar tutur. Başqa sözlə, Azərbaycanın Xelat/Gelarküni elini - Ra-Amon Allahın əvvəldə yaratdığı və axirətdə gələcək Şu ruhu qoruyur.

Misirşünas U. Bac, Ölülər kitabında dirilmə Allahı olan OsirisiPtah-Seker-Azar adlandırır. Buradakı Ptah rəmzi, ərəblərin Fit (Pat) adlandırdığı Qafqaz dağlarında yaşayan Yafət/Yapet nəsli, Seker rəmzi isə Midiya ərazisində Saqartiya/Asaqarta adları ilə tanınan Arsak elidir. Biz yazdıq ki, Sokar/Seker rəmzləri batıni mənada Arsak (Arşak) rəmzləri ilə eyni mənalıdır. Deməli, Ptah-Seker-Azar deyəndə Yafət-Arsak-Azər başa düşülməlidir ki, bu rəmzlər də bilavasitə Azərbaycanla bağlıdır.

Nəsəvi (XIII əsr) Arsakı - Aran adlandırır ki, Aran rəmzi mənbələrdə Azərbaycanda çay adından tutmuş çox toponimlərdə keçir. Quranda Sokar, yəni Sakar rəmzi cəhənnəm odu mənasında işlənsə də, onun hamı üçün sirli olması xüsusi nəzərə çatdırılır (14). Alban mənbələrində Sokar/Seker və bənzər Arsak rəmzi Arşak kimi də qeyd olunur. Arşakla bağlı M. Xorenatsi yazır: Fars və Parfiya ölkəsinin şahı, parfiya (pir) nəslindən olan Böyük Arşak, makedoniyalıdan ayrıldıqdan sonra, bütün Şərq və Assuriya üzərində şah oldu və Nineviyada Antiox şahını öldürüb, öz hakimiyyətinə bütün kainatı tabe etdi. Burada ayrılma deyəndə, sufi məntiqində ruhun maked-dən, yəni maq-atanın bədənindən çıxması başa düşülməlidir ki, bu da elə saxu və quffi rəmzləri ilə bağlıdır. Arşakın bütün Şərqin, Assuriyanın şahı olması və bütün kainatı özünə tabe etməsi o deməkdir ki, o Nineviyada, yəni ilkin Nun (NN) sularında kainatın sahibi olan Allaha çevrilmişdir. Sebeos da bildirir ki, Arşak - Baxlaxastan adlanan Kuşan torpağında taxta çıxmışdır və ona Şərq və Şimalın bütün xalqları qul olmuşlar. Arsak/Arşak sülaləsinin iqamətgahı və Alban arxiyepiskopunun qərargahı da mənbələrə görə, Alban dövlətinin paytaxtı Qəbələdə yerləşmişdir. Qəbələ isə batıni mənada qədim Misirin Qeb elidir ki, firon Amon bu Qeb torpağını Nut göylərində yaratmışdır. Başqa sözlə, Arsak/Arşak şahlığı elə qədim Misirin Sokar (Seker) Allahının axirətdə göydə yenidən var olacaq şahlığıdır.

R. Byuvel yazır ki, Sokarın Memfisdəki evindən başqa, göydə, Süd (Saman) yolunun yanında da ərazisi, evi var və misirlilər Nil çayını - "ulduz çayı" ilə, Süd yolu ilə bağlayırlar. Nil çayı hələ Homerin dövründən - Okean adlanan göydəki mifik çay ilə eyniləşdirilirdi ki, digər yerdə bu çay Eridan kimi məlum idi (9). Digər araşdırıcılar da Eridanı - Okean və bütöv qalaktika mənasında Süd yolu adlandırırlar. Ümumiyyətlə qədimdə Nil çayının Eridan və okeanla eyniləşdirilməsi adi hal idi. Diodor, Evseviy və s. müəlliflərə görə misirlilər okeanı, onların Allahlarının doğulduğu Nil çayı hesab edirdilər. Bütün bunlara izah vermək üçün İlkin materiya adlanan İlahın, dirilik suyunun nə demək olduğunu və onun qanunlarını bilmək lazımdır.

Sufi-batinilərin məntiqinə görə, bizim günəş sistemi və Süd yolu böyük partlayışdan sonra əmələ gəlmişdir. Bu zaman işıq, hərəkət, səs və maqiya (qomeopatiya, kontaqioz) qanunlarının vəhdətindən ilkin materiya, yəni sufilərin Hu adlandırdığı İlah yaranır. Günəş sistemində bu ilkin materiya materiallaşmamış olduğu üçün kitablarda şirin su kimi rəmzləşdirildi. Lakin bu Hu sonradan yer kürəsində materiallaşaraq dəyişdi və öz "elini" yaratdı və bu da İlah/Eloah (El-Hu) adlandı. Deməli, Hü - Süd yolu adlandırdığımız qalaktikanın həyat verici enerjisidir və məhz bu ilkin materiya mənbələrdə dirilik suyu adlanır. Batıni mənada bu dünyadakı həyat ilkin materiyanın sürətinin zəifləmiş variantıdır ki, müdriklər bu həyatı ilkin materiyanın aşağı aləmi, göydəki Hu aləmini isə yuxarı aləm hesab edirlər.

Hər an yarada bilən Hu ilkin materiyası - ilkin Nun suları da adlandırıldı ki, onun yaratdığı dünya Nun-Eli (An-El), yəni Nil adlandı. Göydəki bu ilkin materiyanı yerə gətirmək üçün firon Amon, yerdəki böyük çayı da Nil adlandırdı və "subasma" ritualı ilə dirilik suyunu yerə gətirdi. Bu isə o deməkdir ki, Nuhun subasmasından sonra dünyamız, dirilik suyu mənasında olan okeanla birləşmişdir. Batıni mənada okean (KN) və Nuh (Anh/Enki/Nunki/Kün və s.) rəmzi eyni mənalıdır ki, Nuhun gəmisi axirətdə Ararat dağında lövbər salacaqdır. Qədim müəlliflərdən Rodoslu Appolloniy, Artemidor Efesski və s. okeanın - Xəzər dənizinin yaxınlığında olduğunu yazırlar. Rəsmlərdə Midiya və Assuriya qalaları, içində balıqlar üzən dünya suları üzərində göstərilir. Alban şahlarının Sisakan rəmzi isə mənbələrdə Sisakean kimi də yazılır ki, bu da issi-akean (okean ruhu) mənasında okeanın bilavasitə Gelarküni (Gelar-okean) ilə bağlılığı deməkdir. VII əsr Erməni coğrafiyasında da Qelakuni dənizlə birgə ifadəsi var ki, burada dəniz deyəndə göy okeanı nəzərdə tutulur. Digər tərəfdən, Albaniya ölkəsinin adı I Şapurun (III əsr) yazılarının parfiya variantında Ardan (RDN) kimi keçir və bu da okean və Nil çayı ilə eyni mənalı Eridan rəmzidir. Eridanın - Okean və bütöv qalaktika mənasında Süd yolu adlandırılması o deməkdir ki, Aran şahlarının Albaniya ölkəsi məhz Orion (Aran) kəmərinin Osiris-Orion (Azər-Aran) bürcündə yaradılmışdır.

Bütün bunlardan isə belə nəticə çıxarmaq olar ki, qədim Misirin Süd yolundakı, yəni okeanın yanındakı Allahlar yurdu - qədim Azərbaycanın Alban (Ardan/Eridan) elidir. Bu el özlüyündə iki dünyanı, yəni yaşadığımız fiziki və göydəki ruhlar dünyasını birləşdirir. Qədim Misir yazılarında Qor Allahı - "iki torpağı birləşdirən" adlandırılır: "Bu Qor - Divar əyalətində (Memfis) iki torpağı və iki ölkəni birləşdirən yuxarı və aşağı Misirin şahı oldu". Burada Divar əyaləti dedikdə - Cəbərut aləmi ilə Mülkün və Mülklə Mələküt aləmi arasındakı sərhəd divarı nəzərdə tutulur. Alban mənbələrində Qor rəmzi Qarni kimi yazılaraq Gelarküniyə aid edilir ki, Qarni - Ane (Gel) şəhərindəki Qor Allahı deməkdir.

Biz yuxarıda yazdıq ki, Azərbaycan - Allahın Mülkü, onun altı - Cəbərut aləmi, üstü isə Mələküt aləmi, yəni cənnət mənasındadır. Lakin yuxarı dedikdə sufilər həm də şimal ərazilərini nəzərdə tuturlar ki, burada sərhəd divarı rolunu Dərbənd divarları oynayır. Bu divar Çin səddndən başlayıb qərbə doğru uzanır və yerdəki aləmlə göydəki ölüm şahlığı Tartarı ayırır (15). Bu sədd Quranda İskəndər Zülqərneynin yəcuc-məcuclara qarşı çəkdiyi səddin rəmzidir və burada iki sədd arası dedikdə indiki İranla Dərbənd arası Azərbaycan nəzərdə tutulur ki, burada - "dili çətin başa düşülən" rəmzi Azəri müqəddəslərinin "quş dili" anlamındadır. Qurana görə, bu dil Süleyman peyğəmbərə verilmişdir ki, Avropa mənbələrində bu şahlar nəsli - bütün Avropanın sahibləri olan "quş dili bilən Gel oğulları" (Qulyard/Gelard) kimi məlumdur (16). Burada quş dedikdə, qədim Misirdə firon Amonun ölümsüzlük qazanmış Ba/Benu ruhu nəzərdə tutulur və o həm də mənbələrdə Feniks quşu adlanır. İnama görə, Feniks quşunun yenidən Gel şəhərində görünməsi, yeni eranın başlanması kimi qiymətləndirilir. R. Byuvel yazır ki, bu quşun burada ilk görünməsi Benben daşına tapınmasına səbəb olmuşdu ki, burada "ben" rəmzi kosmik quşun "toxumu" mənasında insan spermasına da işarədir. Burada yeni eranın başlanmasını bildirən Feniks həm də piramida ilə Orion ulduzu arasında bağlayıcı rolu oynayır ki, ümumi mahiyyət etibarilə bu quşun Osiris şahın ruhu mənasında olması deməkdir. Ölülər kitabında Geliopoldan olan böyük Feniks quşu birbaşa mənada "Osiris Allahı" adlandırılır. R. Byuvelin fikrincə Feniks quşu - yeni "qızıl əsrin" gəldiyini bildirmək və qısa müddətdə nəhəng bir proyektin proqramını həyata keçirmək üçün gəlmişdir (9). Feniks quşunun piramida və Orion ulduzu arasında bağlayıcı rolu oynaması, firon Amonun axirətdə gizli Seker/Sokar obrazında gələcək Şu (saxu) ruhu ilə bağlıdır. Allahın Şu (Yeşua/İsa) ruhunu daşıyan Sokar-Saxu öləndə, onun sirləri bilən ruhu, piramida mətnlərinə uyğun olaraq birbaşa Orion ulduzuna qalxacaq və burada Osiris-Orion Allahına çevriləcək ki, bununla da ölmüş Osiris Allahı yenidən diriləcək.

Digər tərəfdən, Feniks quşu - quş dilinin, yəni müqəddəs rəmzlər dilinin rəmzidir ki, onun yenidən Geliopola gəlməsi, İlahi sirləri bilən Amonun Şu ruhunun burada yenidən insan kimi doğulması deməkdir. Mətnlərdə "ben" rəmzinin insan toxumu (sperma) ilə əlaqələndirilməsi, bu insanın Albaniyanın şah toxumundan olması mənasındadır. Alban mənbələrinə görə Alban dağ və sahələri axirətdə Yafətrən törəmələridən olan Sisaka nəslindən kiməsə çatacaqdır (17). Eyni zamanda bu o deməkdir ki, “dili çətin başa düşülənlərin”, yəni İlahi sirləri bilən Feniks quşunun Benben daşı - iki sədd arasındakı Gel şəhərində yerləşir ki, bura da Allahın Mülkü sayıldığı Azərbaycan ölkəsidir.

Buradakı sirli sədd-sərhədləri anlamaq üçün İbn Sinanın “Yakzan oğlu Hayy haqqındakı traktat”ına müraciət etmək lazımdır. İbn Sina hamının bildiyi sərhəddən başqa daha iki sirli sərhəddən söz açır ki, onun biri Qərbdən sonra, digəri isə Şərqdən sonradır: "Bunların hər birinin özünün toxunulmaz sərhəddi var və bunu yalnız, təbiətən insana heç vaxt verilməyən gücə malik seçilmişlər keçə bilərlər. Həmin gücü təkcə yaxınlıqdakı şırıltı ilə axan həyat bulağında yuyunan ala bilər. Əgər ora bir səyyah gəlsə orada təmizlənsə və onun şirin suyundan dadsa, onun bədənindən yaradıcı güc axacaq və ona lazımi qədər möhkəmlik verəcək ki, o bu səhranı keçsin, dəniz-okeana qərq olmasın, Qaf dağı onu gur axan suları ilə yormasın və cəhənnəm ordusu onu o dünyaya itələməsin”. İbn Sinanın bu yazısından belə çıxır ki, bu səddlər - dirilik suyu, onu içmiş Xızır və İlyasla, buradan başlayan göy okeanı ilə, Qaf dağı və oradakı "cəhənnəm ordusu" ilə bağlıdır. Biz bu səddlərin Cəbərutla Mülk və Mülklə Mələküt arasında olmasını yazdıq. Mülklə Mələküt arasındakı səddin rəmzi Dərbənd səddidir ki, bu səddən üzü şimala bütün ərazilər, göydəki dünyanın yerdəki inikası mənasında Mələküt aləminin rəmzidir (18). İranla sərhəddən aşağı, cənub ərazilər isə Mülklə Cəbərut aləmi arasındakı səddin rəmzi mənasındadır və indiki Misir və Qiza nekropolu da bu mənadadır.

Dünyanı Allahın idarə etdiyini qəbul edənlər anlayır ki, son əsrlər sərhəd dəyişmələri Allahın axirətə aid planına görə baş vermişdir. Azərbaycan ərazisində yad xalqın yerləşdirilməsi, axirətdə Allahın Mülkü olan Azərbaycanın bölünməsi və bununla da Osirisin rəmzi mənada 14 hissəyə parçalanaraq ölməsi və axirətdə yenidən dirilməsi üçün həyata keçirilmişdir. Göydəki kosmik Allahın dirilməsi üçün, onun yerdəki rəmzi eyni vəziyyətdə olmalıdır ki, ilkin materiya qədim xaos vəziyyətini "yada salıb" yenidən göydə kosmik işıq insanını var etsin. İncildə Azər-Eli - Lazar (El-Azər) kimi qeyd olunur və Lazar öləndə İsa (Yeşua/Şu) peyğəmbər bildirir ki, Lazar ölməz, bu Allahın şöhrəti üçündür. Başqa sözlə, bütün baş verənlər, əzəl yazıda yazılanların həyata keçməsi üçün Allahın əvvəlcədən müəyyənləşdirilmiş kosmik proyektidir.

Biz kitab və məqalələrimizdə elmi cəhətdən əsaslandırmışıq ki, Allah bütün dünyanı öz seçilmiş şahlar nəsli vasitəsi ilə idarə edir. Rus imperatorları da bu mənada, bütün Avropanın əsl sahibləri olan "Quş dili bilən Gel oğulları" kimi Asar/Osiris/Azər (Rus) oğullarının törəmələridir. Təbii ki, Allahın iradəsinin əksinə heç bir imperator Azərbaycan kimi müqəddəslər ölkəsini bölə bilməzdi. Allahın Damokl qılıncından başqa, İlahi qüdrətini o vaxt hələ itirməmiş adi bir pirin, seyidin nəfəsi imperatorun nəslini kəsərdi. Başqa sözlə, bu dünyadakı hər şey Allahın əzəl yazısına uyğun baş verir ki, bu da kosmosun yenidən Azər oğullarına tabe olması ilə nəticələnəcəkdir. Faktiki olaraq insanlar anlamadan, Allahın İlahi komediyasında yaxşı-pis, öz daxili xüsusiyyətlərinə uyğun rol oynayırlar.

Bu gün biz bəşər tarixinin ən sirli dövrü olan, Allah hakimiyyətinin dəyişdirildiyi dövrdə yaşayırıq. Son 5000 ildə doğulmuş insanlar məhz bu dövrdə yaşamağı arzu etmişlər. Axirət adlanan bu dövrdə Cəbərut aləminin, yəni Memfisin Rostau qapılarının açılması ilə qədim dünyanın bütün sirləri də açılacaq və insanlar Allah haqqında həqiqətləri biləcəklər. Bu yazdıqlarımız da tam sübut olunacağı o gün uzaqda deyil.

Bütün bunlar o deməkdir ki, ən qədim mənbələrdə annunakilər, Osiris Allahları dedikdə məhz Azərbaycan xalqının soykökündə duran bəg ərənlərin əcdadları nəzərdə tutulmalıdır. Annunaki - Sünik/Gel göylərində kosmik işıq insanı, yəni Allah yaratmış İnaq bəgi deməkdir. Bu inaq bəgi öləndən sonra isə onun ruhu Asar, yəni Osiris Allahına çevrilib, kosmik insanın daxilindəki cənnətdə ikinci həyat qazanmışdır.

Bütün bunlar haqqında daha geniş məlumalar, sitat və mənbələr Batini-Quran kitabında və digər kitab və məqalələrimizdə verilmişdir.

 

Ədəbiyyat

 

1.       Məqalə: "Тайна святого языка Азери", sayt: https://firudin.blogspot.com/2020/08/blog-post_34.html

2.       Məqalə: "Расшифровка Торы с помощью "язык птиц": От Адама до левитов-алевитов", sayt: https://firudin.blogspot.com/2020/06/blog-post.html?m=1

3.       Гардинер Филип, Осборн Гэри, "Излучающие свет: Тайные правители мира" kitabı, sayt: https://www.litmir.me/br/?b=185937&p=1

4.       Kitabi Dədə Qorqud, B., 1988, səh. 41,122,118,70,63

5.       Məqalə: “Göydə cənnət yaratmış Azəri bəgləri - Şəddadilər”, sayt: 
https://firudin.blogspot.com/2020/09/goyd-cnnt-yaratms-azri-bglri-sddadilr.html

6.       Məqalə: "Ledun elminin əsasları", sayt: http://gilarbey.blogspot.com/2013/03/ledun-elminin-saslar.html?m=1

7.       Məqalə: "Türk Tanrısı və Onun ağlasığmaz sirləri", sayt: https://firudin.blogspot.com/2021/02/turk-tanrs-v-onun-aglasgmaz-sirlri.html?m=1

8.       Дэвид Рол, «Утраченный Завет», sayt: https://booksonline.com.ua/view.php?book=156724

9.       Роберт Бьювэл, "Секреты пирамид (Тайна Ориона)", sayt: https://libking.ru/books/sci-/science/394756-robert-byuvel-sekrety-piramid-tayna-oriona.html#book

10.  Məqalə: "Qurana görə axirətdə Allah gələcək", sayt: http://gilarbek.blogspot.com/2014/01/qurana-gor-axirtd-allah-glck.html

11.  Məqalə: "Библейский Сиф сын Адама является образом Мессии", sayt: https://firudin.blogspot.com/2021/04/blog-post_23.html

12.  Məqalə: "Azəri, Azərbaycan nə deməkdir? Sirlər xəzinəsi", sayt: http://gilarbek.blogspot.com/2012/08/azri-azrbaycan-n-demkdir-sirlr-xzinsi.html?m=1

13.  Məqalə: "İran – Allahın Qacarlara verdiyi Qorunan Mülküdür", sayt: http://gilarbek.blogspot.com/2019/03/iran-allahn-qacarlara-verdiyi-qorunan.html?m=1

14.  Quran, 54:48, 74:26-28,43

15.  Məqalə: "Великая тайна Божественного Улуса Дешти-Кыпчак и Тартарии", sayt: https://firudin.blogspot.com/2021/06/blog-post.html

16.  Məqalə: “İlk mason təşkilatı Azərbaycanda yaradılmışdır”, sayt: http://gilarbek.blogspot.com/2014/02/ilk-mason-tskilat-azrbaycanda-yaradlmsdr.html?m=1

17.  Məqalə: "Армения навечно дана азербайджанским бекам", sayt: http://gilarbey.blogspot.com/2013/08/blog-post_142.html?m=1

18.  Məqalə: "Великая тайна иудаизма и иудеев Хазарии, sayt: https://firudin.blogspot.com/2021/01/blog-post.html

 

Firudin Gilar Bəg

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Тайна святого языка Азери